Antalyanın Alanya rayonunda zəlzələ qurbanlarının avtomobilinin aşması nəticəsində 3 nəfərin öldüyü, 1 uşağın yaralandığı dəhşətli qəzanın görüntüləri ortaya çıxıb.
Medianews.az xəbər verir ki, sözügedən hadisə mart ayının 29-da baş verib.
Qəzada ana Ünzilə Arık, qızı Bilgə və kürəkəni Sefa Cengiz həyatını itirib. Xəsarət alan 6 yaşlı Ayaz Cengizin xəstəxanada müalicəsi davam edir.
Medianews.az