Ankarada qan donduran silahlı hücum hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, Sinan K. adlı şəxs qızına cinsi mesajlar göndərərək təcavüz etdiyini iddia etdiyi Sedat adlı gəncə ov tüfəngi ilə yolun ortasında atəş açıb.
Hadisədən sonra cinayətkar polisə təslim olub. Yaralının vəziyyətinin isə ağır olduğu bildirilib.
Qorxunc hücum anları təhlükəsizlik kamerasına əks olunub:
Aytac Şahin
Medianews.az