ABŞ-ın Raymond şəhərində etanol yüklü vaqonları relsdən çıxıb.
Aşan vaqonlarda baş verən yanğından sonra ərazidən 800 nəfər təxliyə edilib.
Medianews.az xəbər verir ki, ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi qəzadan 8 saatdan çox keçməsinə baxmayaraq yanğının hələ də davam etdiyini açıqlayıb.
Daşıyıcı şirkəti BNSF Railway-dən verilən açıqlamada tərkibində etanol və qarğıdalı siropu olan qarışıq yük daşıyan 22 vaqonun relsdən çıxdığı və aşmış çənlərin çoxunun alovlandığı bildirilib.
Bildirilib ki, qəzaya görə rayon ərazisindən keçən əsas yol bağlanıb, hansı səbəbdən baş verməsi araşdırılır.
Nəqliyyat naziri Pete Buttigieg Twitter hesabından verdiyi açıqlamada Federal Dəmiryolu İdarəsi səlahiyyətlilərinin qatar qəzasının baş verdiyi bölgədə olduqlarını ifadə edərək: “Hazırda heç bir xəsarət və ya ölüm hadisəsi qeydə alınmayıb. Hadisəni yaxından izləyirik”.
Medianews.az