Meyxanaçı Kərimin vəziyyəti stabil ağır olaraq qalır.
Bu barədə Lent.az-a onun dostu, meyxanaçı Ağamirzə məlumat verib.
“İnsanlar Kərimi sevir, unutmurlar. Buna görə öz adımdan, ailəsi adından hamıya təşəkkür edirəm. Kərimin vəziyyətində təəssüf ki, yaxşılaşma yoxdur. Vəziyyəti stabil ağır olaraq qalır. Allah heç kimi belə ağır imtahanla sınağa çəkməsin. Danışa bilmir, çox zaman ətrafındakıları tanımır”, – o qeyd edib.