Meksikada hərəkətdə olan avtomobil qəfildən alovlanıb.
Medianews.az xəbər verir ki, “alov topu”na çevrilən avtomobilin irəliləməsi kameralara əks olunub.
Hadisə zamanı sürücü özünü çölə atmağı bacarıb. Sözügedən görüntülər sosial mediada da geniş müzakirə edilib. Avtomobil tamamilə yarasız hala düşüb. Sürücünün isə vəziyyətinin yaxşı olduğu bildirilib.
Medianews.az