Bazar ertəsi, 29 May 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Elmin Nuru

XƏYALƏ
31/03/2023 09:50
100
BAXIŞ
FacebookTwitterTelegram

Onu kimsə görmür, sahibindən başqa. Elə ki kağız üzərinə köçür, tarixin sinəsinə həkk  olunur. Belə tarixi yaradanlardan biri – Vidadi Qafarlı  daxili dünyası elm nuru ilə zəngin olan  şəxsiyyətlərdən biridir.

 

Vidadi Ramiz oğlu Qafarov (Vidadi Qafarlı) (29 dekabr 1961, Lənkəran) — Teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. TXİ-nin Fəxri Fərmanı və Diplomu, AMEA Memarlıq və İncəsənət İnstitutunun Fəxri Fərmanı ilə təltif edilmişdir.

 

Teatrşünas, alim, publisist… Belə bir məsul yük daşıyıcısı Vidadi Qafarlı haqqında bizdən soruşsalar: “Vidadi Qafarlının fərdi obrazını sözlə təcəssüm edin”, o zaman “Faktlara nəzər yetirin!” deyərdim.  Böyük istedadlar həmişə təvazökar, sadə, xoşrəftarlı, həm də şirindil olurlar. Vidadi Qafarlı ilə danışanda  səmimiyyəti ürək titrədir. Bu təvazökar şəxsiyyətin daxili dünyası o qədər ciddi və dərindir ki, heyran olmamaq mümkün deyil. Onun bütün yaradıcılığının əsasını həyati model, müasir ruh və s. ciddi keyfiyyətlər təşkil edir. Sadəcə, aşağıdakı faktlara nəzər yetirməklə söylədiklərimizin nəyə əsaslandığını görə bilərsiniz:

“Azərbaycan teatrının janr poetikası” monoqrafiya, “İlyas Əfəndiyev – 100”, “İslam İbrahimov. Həyat və sənət həqiqətləri” kitabları, “Klassisizm dövrü teatr tarixi”, “Postsovet ölkələrinin teatrı”, “Teatr idarəçiliyi və iqtisadiyyatı”, “Teatrda janr və üslub məsələləri”, “XXI əsr Azərbaycan teatrı” tədris-metodiki vəsaitləri- proqramları çap olunmuşdur.

Vidadi Qafarlının imzası həmişə diqqəti cəlb edib. Təkcə  sərlövhələrinə diqqət edəndə alim  dostumuzun fərdi imzasına daim hörmətlə yanaşdığının şahidi oluruq. Belə başlıqların altında  necə bir elmi yanaşma, təhlil olduğunu aydın şəkildə görürük. Onun hər bir qələm təcəssümü müəllifin saf münasibəti, sənətsevərliyi, vətənpərvərliyinin gözəl mənzərəsi yaranır.

Bizim bu konseptual yanaşmamazıdan elə çıxmasın ki, Vidadi Qafarlını tərifləmək məqsədimiz var. Bu fitri istedad sahibinin elmi-təcrübi fəaliyyəti onun daha yüksək dəyərlərə layiq olduğunun göstəricisidir.

Teatr sənətinin tarixi aspektlərindən bəhs edən çap edilmiş elmi məqalələri Qafarlının teatr sənətinin tarixi, bu günü və perspektivlərinə görə necə ağır bir elm yükü daşıdığının şahidi oluruq. O, yorulmadan, usanmadan ciddi şəkildə elmi-nəzəri araşdırmalarla məşğuldur: “Sinkretizm — ən universal fəlsəfi-estetik nəzəriyyə kimi (komplementar komplimentlər)”, “Azərbaycan sənətşünaslığının öncül istiqamətləri”, “Azərbaycan teatrının janr başlanğıcı”, “Müasir Azərbaycan teatrının janr xüsusiyyətlərinə dair”, “Azərbaycan xalq-meydan teatrının qrotesk obrazlığı”, “N.B.Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərinin janr təyinatına dair, “Ənənə və bədii forma”, “Ə.Haqverdiyevin “Pəri Cadu” pyesi Azərbaycan teatr tarixində ilk melodram kimi”,  “Tamaşaçı problemi cəmiyyətin informasiya mədəniyyətinin göstəricisi kimi”, “Fəlsəfə və sənətşünaslıq: Fənlərarası qarşılıqlı təsirin metodologiyası”, “Yanmış budaq üstə oxuyan bülbül”, “Dördüncü ölçünün rəngləri və ya Tofiq Kazımov teatrına göy qurşağından baxış”,  “M.F.Axundzadə fenomeni və Azərbaycan teatrı”, “Məhsəti Gəncəvi obrazı Azərbaycan səhnəsində”, “Üç əsrdən keçən teatr: çağdaş mənzərəsi və prioritetlər”, “İncəsənət və mədəniyyət problemləri”, “Müstəqillik dövründə Azərbaycan teatr sosiologiyasının inkişaf dinamikası”, “Müasir Azərbaycan teatrının sosiologiyası multikultural dəyərlərin aynasında”, “Azərbaycan mədəniyyətində Bülbül fenomeni”, “Ədəbiyyat və incəsənət: milli kimlik və mənəvi zənginlik”, “Nizami Gəncəvi irsi və Azərbaycan teatr sənəti”.

“Daha dolğun ola bilərdi”, “Sənətə addım”, “Tələbə teatrının qayğıları”, “Müqəddəslik havası”, “Müfəttişə ehtiyac var”, “Bekket gənclər səhnəsində” “Mən, sən, o və avtobus”, “Həmişəyaşarlıq”, “Bir+bir+bir=bir”, “Nizami Gəncəvi incəsənət haqqında”. “Qodo həsrətində”, “O, getdi…”, “Teatr-tamaşaçı-teatr”, “Qəbirstanlıqda heç kəs gülmür və ya bir daha Mirzə Cəlilin “Ölulər”i haqqında”, “Bir daha “Mürafiə vəkillərinin hekayəti” haqqında” və s.

İştirak və məruzə etdiyi konfranslarda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda keçirilən elmi-praktiki seminarlarda və konfranslarda, bölgələrimizdə, eyni zamanda, Rusiyanın müxtəlif şəhər və vilayətlərində keçirilən elmi konfranslarda “Müasir repertuarın xalq teatrında rolu”, TXİ-nin XIII konfransında, “Azərbaycan teatrı: dünəni, bu günü və sabahı”,  Mədəniyyət və İncəsənət Universiteti tərəfindən keçirilmiş “Şəhər və Teatr” mövzusunda respublika elmi-praktiki konfransda “Urbanizasiya və teatr” adlı məruzə, IV Bakı Beynəlxalq Teatr Konfransında “Müasir Azərbaycan teatrının sosiologiyası multikultural dəyərlərin aynasında”, SSRİ xalq artisti M.Davudovanın 115 illiyinə həsr olunmuş “Sənətkar və Zaman” adlı elmi-praktiki konfransında “Mərziyə Davudova yaradıcılığına tədqiqatçı baxışı”, “Müstəqillik dövründə Azərbaycan teatr sosiologiyasının inkişaf dinamikası”, “Qarabağ: tarix və irs” mövzusunda beynəlxalq konfransda “Azərbaycan teatrının inkişafında Qarabağ amili”, Qazaxıstanın Almata şəhərində “Xadişa Bukeeva və müasir aktyor sənətinin problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfransda “Aktyor sənəti — postdramatik teatrdan əvvəl və sonra”, “Dünya və Azərbaycan operasında Şövkət Məmmədova fenomeni” mövzusunda elmi-praktiki konfransda “XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyi və Şövkət Məmmədova”, “Teatr tarixində aktyor sənətinin inkişaf tendensiyaları” mövzusunda tələbə elmi konfransında “Aktyor sənəti postdtamatik teatrdan əvvəl və sonra”, “Azərbaycan teatrının milli kimlik problemi” adlı məruzə, “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalında ekspert qismində iştirak, Rusiyanın Krasnodar vilayətinin Gəlincik şəhərində keçirilən “Şimali Qafqazın mədəni irsi millətlərarası anlayışın mənbəyi kimi” adlı IV Beynəlxalq Elmi Forumda “A.Q.Ridal və K.F.Stepanov-Kolosovun yaradıcı irsi Rusiya və Azərbaycan teatrının ümumi sərvəti kimi”, “Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni”, “İncəsənətdə Nəsimi obrazı” “Şimali Qafqazın mədəni irsi millətlərarası anlaşmanın mənbəyi kimi” adlı V Beynəlxalq Elmi Forumda “Rusiya-Azərbaycan teatr əlaqələri millətlərarası dialoqun vasitəsi kimi” on-line respublika elmi konfransında “Nizami Gəncəvi irsi və Azərbaycan teatr sənəti” adlı elmi məruzə və s. mövzularda çıxış etmişdir.

Bizim çox xəsisliklə verdiyimiz bu faktlardan hörmətli bir sənətsevərin fədakar   əməyinin mənzərəsini görmək olur. Bu, gecəsini gündüzünə qatıb fasiləsiz, təmənnasız çalışan bir elm xadiminin fərəh doğuran rəsmidir. Ona baxdıqca düşünürük ki, sənət məhz belə fədakarların hesabına yaşayır. Onun dünəni, bu günü, sabahı haqqında elmi araşdırmalar hər bir gəncin teatr sənəti haqqında bir ensiklopediyadır. Bu ensiklopediya sadəcə faktlardan və rəqəmlərdən ibarət deyil, elmi-araşdırmalarla zəngindir. Məhz belə bir zəngin təhlillər sabahımızın sənət dünyasına fərəhlə ötürə biləcəyimiz bu günlərin ağır zəhmətinin, fədakarlığın  göstəricisidir.

Bütün sadaladığımız faktlardan sonra Qafarlının işıq üzü görən sonuncu tədqiqat işi “İslam İbrahimov:  həyat və sənət həqiqətləri” kitabından söz açmaq istəyirik.

Kitab ötən əsrdə ədəbi-tənqidin inkişafında xüsusi rol oynamış  ədəbiyyatşünas, tənqidçi, yazıçı, dramaturq, tərcüməçi, pedaqoq İslam İbrahimovun həyat və yaradıcılığına həsr olunmuşdur. Müəllif qeyd edir ki, tənqidçinin  tənqidi təfəkkürünü düşündürən nədir? “O,  tənqid və təhlil etdiyi predmet və hadisəyə hansı meyarlarla yanaşır? Tənqidçinin sənətə yanaşdığı meyarlar tarixilik, müasirlik, ənənə və novatorluq, həyat həqiqəti ilə sənət həqiqətinin uyğunluğu, məzmun və formanın vəhdəti, bədiilik  meyarlarıdır.” Belə bir məntiqi nəticəyə gəlmək olur ki, bir elm adamı kimi, Vidadi Qafarlının razılaşdığı tələblər İslam İbrahimovun təfəkküründən süzülmüş fikirlər  problematik konseptual analizlə üst-üstə düşür.

İstedadlı tədqiqatçının tənqidçinin  kamil obrazını yaratmaq onun imkanlarını aşmamış, əksinə, duymaq, düşünmək istədiklərimizin hər biri qədərincə, dəyərincə analiz edilmişdir.

Qafarlı tənqidçinin tənqidetmə səlahiyyəti olduğu halda tənqidolunanın şəxsiyyətini unutmamağı tövsiyə edir. Bəlli həiqətdir ki, tənqidçinin vəzifəsi tənqid etmək deyil, ədəbi təhlil etməkdən ibarət olduğu məntiqi fikirlərlə çatdırmağa çalışır. Buna görə də o, qərəzsizliyi, insani yanaşmanı tövsiyə edir. Daha açıq desək, Vidadi müəllim belə bir əqidə, düşüncə tərzi ilə qəhrəmanının əsərlərinə yanaşır.

“İslam İbrahimovun yaradıcılığında həyatın sosial qatına, insan amilinə həmişə xüsusi vurğu var.  Onun fikrincə, “mənəvi bir aləmdə davranan, öz fərdi xüsusiyyətləri, meylləri olan insan bədii yaradıcılığın əsas obyekti, təsvir və tərənnüm hədəfi olmalıdır”, çünki ”… sənət, ədəbiyyat yalnız həyat proseslərinin yeni cəhətlərini kəşf etmək deyil, hər şeydən əvvəl yeni insanın, xarakterlərin kəşfidir.”

Bu elmi məqalələrin yoğrulduğu fikirlər, ciddi yüklü modellər, ədəbi materailın səhnəyə köçürülmə priyomu, həyati modelin  obraz təsiri və ya münasibətinin analizi ilə bağlıdır. Başqa bir məntiqi açıqlaması isə bir teatr fədaisinin sənətin inkişafına, onun daha yüksək, daha ciddi hədlərə çatmasına elmi təkan verməkdən ibarətdir. Bədii yalan həyat həqiqətindən yoğrulur. Bu baxımdan, düzgün, bədii dəyəri yüksək həyati modelin seçilməsi çox vacibdir. Əgər seçilən ciddi fikirötürmə missiyası daşımırsa, onun yaradıcılıq obyekti olmasına ehtiyac yoxdur.

“Tənqidçi dramaturqlardan fikir və hadisələri lakonik ifadə etməyi, hadisələrin dramatik inkişaf xəttini zəiflədən, zahirən xoşagəlimli görünən səhnələrdən imtina etməyi tələb edirdi. O, həyatda olduğu kimi, sənətdə də rəngarəngliyin tərəfdarı idi. Ona görə də tənqidçi dramaturgiyamızda mövzu məhdudluğu ilə yanaşı növ məhdudluğunu təəssüflə qeyd edir və göstərirdidi ki,  dramaturgiyamız, habelə tənqidçilərimiz növ mütəlifliyi uğrunda mübarizəni qüvvətləndirməli, həyatımızın mürəkkən sosialist varlığının bütün sahələrini əks etdirən müxtəlif növlü dram əsərləri yaranması uğrunda ciddi çalışmalıdırlar.”

Vidadi Qafarlının, bir elm xadimi kimi, bizim üçün maraq doğuran cəhətlərindən biri istifadə etdiyi elmi terminlərin, xüsusilə, gəlmə sözlərin izahını verməsidir. Sadə və ya təcrübəsiz oxucu kitabı çox asanlıqla qavraya bilər. Tədqiqatçı alim Vidadi müəllimin başqa bir xoşumuza  gələn cəhəti də budur ki, əsərlərini, kitablarını nə qədər elmiləşdirirsə, nə qədər qəliz ifadə vasitələrinə söykənirsə, nə qədər terminlərdən istifadə edirsə, yenə anlaşıqlıdır, başa düşüləndir, qəbul ediləndir.

Vidadi Qafarlının elmi, fəlsəfi yaradıcılığı öz dəyəri ilə o qədər ciddi və maraqlıdır ki,  haqqında onun elmindən artıq bir söz demək   problemi ilə üzləşirik. Başqa bir tərəfdən düşünürük ki, əslində bir elmli insan, alim, tədqiqatçı, publisist haqqında ümumi  bir mənzərə yarada bildik. O mənzərədən bir işıq səpələnir. Onun nuru gələcək tədqiqat əsərlərinin üzərinə mütləq bir işıq saçacaq.

    

Rafiq Rəhimli,

Əməkdar mədəniyyət işçisi, “Qızıl Kitab” mükafatı laureatı

DAHA ÇOX OXU

1-MANŞET

“Əhməd haradadır?”ın aktyorları 59 il sonra – Foto

27/05/2023 21:38
export

Onkoloji xəstəlikdən əziyyət çəkən Ramiz Məlikin son halı – FOTO

27/05/2023 18:20
1-MANŞET

Rasim Balayev yüksək məbləğdə qrant aldı – MƏBLƏĞ

26/05/2023 15:33
export

Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi – Birgi

26/05/2023 14:43
Mədəniyyət

Tom Odell Bakıda ilk dəfə konsert verəcək

26/05/2023 11:19
Dünya

Alimlərdən MARAQLI KƏŞF: Tez aşiq etməyin yolunu TAPDILAR

25/05/2023 16:10
SON XƏBƏR

Qatar aşdı - Bölgədəki yüzlərlə insan təxliyə edildi

6,4 bal gücündə zəlzələ oldu

Kadir İnanır millət vəkili olacaq?

Xəbər lenti

Putin və Ərdoğan telefonla danışıb

29/05/2023 22:25

Qadınlar kimdənsə xoşu gəldiyini necə büruzə verir? – Psixoloq SİRLƏRİ AÇIQLADI

29/05/2023 22:07

Taekvondo üzrə dünya çempionatında ilk gün başa çatıb

29/05/2023 22:00

Elman Nəsirov: “Ay “klaviatura qəhrəmanları”, qoyunları özüm yemək üçün kəsmirəm”

29/05/2023 21:55

Ukraynadan İrana 50 illik sanksiya

29/05/2023 21:41

Laçın şəhərinin möhtəşəm gecə görüntüsü – VİDEO

29/05/2023 21:28

Türkiyədə həbs edilən azərbaycanlı repçi azadlığa çıxdı – VİDEO

29/05/2023 21:14

Oktay Kaynarca zəhərləndi

29/05/2023 21:05

“İstəmirəm qızım məşhur olsun”

29/05/2023 21:03

Manekenin üzərindəki paltarı oğurlayan şəxs kameralara yaxalandı – VİDEO

29/05/2023 20:13

Türkiyədə baş verən dəhşətli zəlzələnin YENİ GÖRÜNTÜLƏRİ ortaya çıxdı – VİDEO

29/05/2023 20:05

Düşmənçilik etdiyi şəxsi küçənin ortasında belə güllələdi – ANBAAN VİDEO

29/05/2023 19:50

Gənc müəllimə olan sevgilisini öldürdü, özü isə intihar etdi – TƏFƏRRÜAT

29/05/2023 19:37

SON DƏQİQƏ: Elxan Qasımov vəfat etdi

29/05/2023 19:26

16 yaşlı sevgilisini dəfələrlə bıçaqladı, başını daşla əzdi – DƏHŞƏTLİ QƏTL

29/05/2023 19:25

DƏHŞƏT: Köpək balığı qayıqçını parçaladı

29/05/2023 19:12

Ukraynadan İranla bağlı 50 illik sanksiya qərarı

29/05/2023 18:58

Sərvər Ərdoğanın seçilməsi münasibətilə qurban kəsdi — FOTO

29/05/2023 18:38

Avtobusa minən bu şəxslər PUL ALACAQLAR — VİDEO

29/05/2023 18:18

Bakıda qan donduran OLAY: Oğul atasını döydü, qardaşı isə lentə aldı — VİDEO

29/05/2023 17:48

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi – Soyuqlar başlayır

29/05/2023 17:28

Altı erməni hərbçi ilə əlaqə kəsildi — Sərhəddə nə baş verir?

29/05/2023 17:18

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olundu

29/05/2023 17:11

Prezident və xanımı dünya çempionatının açılış mərasimində – Canlı

29/05/2023 17:08

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.