Moskva sakini mədəsində olan narkotik vasitəni Venesueladan Rusiyaya gətirmək istəsə də, həddindən artıq dozadan təyyarənin göyərtəsində ölüb.
Medianews.az xəbər verir ki, bu barədə SHOT məlumat yayıb .
Belə ki, 59 yaşlı sərnişin Venesuellanın Porlamar şəhərindən Moskvaya uçub. Lakin halı pisləşən şəxs uçuş zamanı qəflətən dünyasını dəyişib.
Mütəxəssislər meyiti götürərək ekspertizaya göndəriblər.
Meyit yarılan zaman sərnişinin sözün əsl mənasında narkotiklə doldurulduğunu göstərdi.
Onun mədəsində tərkibində kokain olan 82 qab maye (777 qramdan çox) maddə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az