İngiltərə Premyer Liqa komandası “Çelsi”nin alman ulduzu Kay Havertz komandadakı inkişafı ilə bağlı təəccüblü açıqlamalar verib.
Medianews.az xəbər verir ki, onun bu açıqlaması böyük marağa səbəb olub:
“Bəzi komanda yoldaşlarım mənə “eşşək” deyirlər. Bunun mənim oyunumla heç bir əlaqəsi yoxdur. Mən həmişə eşşəklərlə xüsusi münasibətim olduğunu düşünürdüm. Eşşəklər çox sakit heyvanlardır və mən sakit insan olduğum üçün onlarla eyniləşmişəm. Hansısa oyunda uduzduğumuz zaman sığınacağa getməyi və heyvanlarla vaxt keçirməyi xoşlayıram. Heyvanların gözlərinin içinə baxmaq və onlarda insan tərəfi görmək mənə rahatlıq verir”.
Medianews.az