İstanbulda təmirxanaya silahlı hücum olub.
Medianews.az xəbər verir ki, Küçükçekmece rayonunda motosiklet təmiri sexinə gələn şəxslər uzun lüləli silahlarla atəş açmağa başlayıb.
Hücum zamanı biri ağır olmaqla 3 nəfər yaralanıb. Hadisədən sonra bölgəyə çoxlu sayda polis qrupları göndərilib.
Hadisə Yeri Araşdırma qrupları tərəfindən aparılan araşdırmada hadisə yerində çoxlu patron aşkar edilib.
Silahlı hücum nəticəsində yaralanan şəxslərdən birinin vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Aytac Şahin
Medianews.az