Sosial medianı alt- üst edən, rok üslubunda ifa edilən mahnı son günlər müzakirələrə səbəb olub.
Sözügedən “Dərviş band” qrupunun ifa etdiyi “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısıdır.
Xalq artisti Niyaməddin Musayevə məxsus olan bu mahnı insanlar tərəfindən son bir neçə gündə sevilərək dinlənilən ifalardandır.
Bu qrupun nə üçün məhz “Dərviş band” adlandırılması insanlar tərəfindən maraqla qarşılanıb:
“Nə üçün “Dərviş”, nə üçün “Dərviş band”?”
Medianews.az xəbər verir ki, İTV-də verilişlərin birinə qonaq olan, qrup iştirakçılarına verilən bu sual belə cavablandırılıb:
“Bu qrup yaradılanda biz hələ dünyaya gəlməmişdik. Sovet dönəmində qrup “Razum” adlanıb. 1989-cu ildən isə “Dərviş brand” adlanıb.
Bu mahnını arenjeman edib, ifa etməyimizə gəldikdə isə dostumuz Anar təklif etdi ki, belə ifa edək. Başladıq mahnının üzərində işləməyə. Qrupun bütün üzvləri bu ideyanı dəstəklədi İfa etdikdə sonra gördük hamının xoşuna gəlir. Niyaməddin bəylə əlaqə saxladıq, hallalıq aldıq. Dəyərli sənətkarımız ifamızı dinlədikdən sonra şəxsən bizə “Qocalmazdım” mahnısını təklif etdi.
İfa etdiyimiz mahnının uğurlu alınmasına şübhəmiz yox idi. İfa edəndə bu qədər baxış əldə edəcəyini gözləmirdik. Təkcə Azərbaycandan yox, bizə xaricdən də yazılarlar. Təbii ki, bu da bizə xoş təsir bağışlayır”.
Həmin sujeti sizə təqdim ediriik: