Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığındakı ərazisində bu gün səhər saatlarında baş verən yanğın söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Medianews.az-a bildirilib ki, ərazidə növbətçilik təşkil edilib.
Yanğın nəticəsində quru ot örtüyü yanıb.
Hazırda baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır.