Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Malatyanın Darende rayonunda ağır ziyan dəymiş məscidin minarəsi sökülüb.
Medianews.az xəbər verir ki, fevralın 6-da baş verən zəlzələlər səbəbiylə dəyən zərərin qiymətləndirilməsini həyata keçirən qruplar Mehmet Saleh məscidinin minarəsinin sökülməsinə qərar verib.
Polis qrupları ətrafda təhlükəsizlik tədbirləri görüb. Daha sonra kəndirə bağlanmış minarə uçurulub.
Medianews.az