Sivasda Yukarı Tekke Məscidi və Yukarı Tekke qəbiristanlığı adlanan və uçurumun düz kənarında yerləşən Abdulvahabi Qazinin türbəsində izdiham müşahidə olunur.
Medianews.az xəbər verir ki, burada olan sıxlığın səbəbi müqəddəs Ramazan ayı ilə bağlıdır.
Türbəyə Türkiyənin və dünyanın hər yerindən ziyarətçilərin gəldiyi bildirilir.
Yukarı Tekke Məscidi və Əbdülvahabi Qazi Türbəsi 1972-ci ildə köhnə, kiçik məhəllə məscidi şəklində ikən Vəqflər Region Müdirliyi tərəfindən sökülərək yerinə iki mərtəbəli yeni məscid tikilmişdir. Hündür bir təpədə tikilmiş Yukarı Təkkə məscidi həmçinin Məhəmmədin peyğəmbərin bayraqdarı olduğu iddia edilən Əbdülvahabi Qazi və Osmanlı sultanlarından Sultan Süleymanın oğlu Bayezid və oğullarının məzarı var.
Aytac Şahin
Medianews.az