Türkiyə-İran sərhədində fəaliyyət göstərən Mehmetçik apardığı əməliyyatlar zamanı Ağrı bölgəsində bir qrup qeyri-qanuni miqrant aşkar edib.
Medianews.az xəbər verir ki, saxlanılanlar arasında İrandan Türkiyəyə gələn “Memo/Mamo” kod adlı suriyalı terrorçu Ebdilla Ehmet də var.
PKK/KCK üzvü terrorçu Ehmet aldığı təlimatdan sonrakı prosesə qədər başına gələnləri danışıb. Silahla aksiya hazırlamağa qərarlı olan terrorçu Doğubayazıta gəldiyi günü küçələrdə keçirdiyini və ertəsi gün HDP məhəllə binasına getdiyini bildirib. Terrorçunun “Məni burada qarşıladılar” dediyi yer diqqət çəkib:
“Türkiyəyə İrandakı təşkilatın tapşırığı ilə gəlmişəm. Harada və necə hərəkət edəcəyim barədə mənə məlumat verilməyib. Məni burada qarşıladılar. Aramızda məsafə saxlayıb evə qədər məni qarşılayan Batan adlı şəxsi izlədim. Sonra isə onun evinin yanındakı odunluğa sığındım”.
Aytac Şahin
Medianews.az