Silsilə cinayətlər törədən iş adamı həbs edilib.
Medianews.az xarici mətbuata istinadla bildirir ki, Yaponiyada evli iş adamı sevgilisinin içkisinə siçovul zəhəri qataraq öldürməkdə ittiham edilir.
Məlum olub ki, 2020-ci ildə müəmmalı şəkildə dünyasını dəyişən iş adamının bibisinin bədənində də eyni zəhər tapılıb.
Kazuki Miyamoto sevgilisi olan gənc kollec tələbəsini zəhərləməkdə təqsirli bilinərsə, onu ölüm cəzası gözləyir. Günlərlə reanimasiyada qaldıqdan sonra oktyabr ayında dünyasını dəyişən gənc qadının həkiminin ölümün şübhəli olduğunu bildirdiyi bildirilib.
Qadının zəhərləndiyi gecə məşhur iş adamı ilə şam yeməyinə getdiyi və gecəni birlikdə keçirdikləri müəyyən edildikdən sonra cinayətin üstü açılıb. Zəngin iş adamı bu qətli niyə törətməsi ilə bağlı heç bir açıqlama verilməyib.
Zəngin bir ailənin oğlu olan Miyamoto gənc qadınların özəl şənliklərdə mahnı oxuması və rəqs etməsi ilə bağlı tədbirlər şirkətini idarə edirdi.
Qeyd olunub ki, dünyasını dəyişən gənc qadın da şirkətdə yarımştat işləyirmiş.