Qardaşlar arasında yaranan mübahisə qətllə nəticələnib.
Medianews.az xəbər verir ki, hadisə Malatyanın Battalgazi rayonunda baş verib.
İddialara görə, A.Y. adlı şəxs ailəsi ilə birlikdə yaşadığı Çakmak Sokakdakı evində qardaşları ilə ailə məsələsi zəminində mübahisə edib.
Mübahisəsinin davaya çevrildiyi hadisədə A.Y.-nin bıçaq zərbələrinə məruz qalan iki qardaşdan biri Erhan Y. hadisə yerində həyatını itirib. Digər qardaş H.Y. isə yaralanıb. Hadisə baş verdikdən sonra əraziyə polislər və tibb işçiləri göndərilib.
Qətli törətməkdə şübhəli bilinən şəxs hadisədən sonra polis tərəfindən saxlanılaraq, nəzarətə götürülüb.
Faktla bağlı araşdırma başlanılıb.
Aytac Şahin
Medianews.az