Rəssamlıq sənəti keçmişdən bu günə qədər bir çox bilinməyənlərlə doludur.
Bunlardan bəziləri yavaş-yavaş üzə çıxır.
Medianews.az xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, Da Vinçi kimi ustalar nəmlik, səthin qırışması və saralması ilə bağlı problemlərin qarşısını almaq üçün yağlıboya tablolara yumurta sarısı əlavə ediblər.
Almaniyanın Karlsrue Texnologiya İnstitutundan Ophelire Ranquet və onun həmkarları yağlı boya ilə çəkilmiş rəsmlərə yumurta sarısı əlavə edilməsinin nəticələrini araşdırıblar.
İlk növbədə belə nəticəyə gəliblər ki, yumurta zülalları piqment hissəciklərinin ətrafında nazik təbəqə əmələ gətirir və beləliklə, rütubətli mühitdən suyun udulmasını azaldır.
Yumurta sarısının boyanı sərtləşdirdiyi və qurutma zamanı səthin qırışmasının qarşısını aldığı məlum olub.
Tədqiqatçılar həmçinin yumurta sarısının tərkibindəki antioksidanların qurutma zamanı saralmanın qarşısını aldığını aşkar ediblər.
Medianews.az