Xərçəng cəmiyyətdə ən çox yayılmış xəstəliklərdən biridir. Genetika və qeyri-sağlam qidalanma xərçəngə səbəb olan risk faktorları kimi tanınır.
Medianews.az xəbər verir ki, Prof. Dr. Ayhan Kuzu gənc yaşlarda artan və ölümcül nəticələrə səbəb olan kolon(yoğun bağırsaq) xərçəngindən danışaraq alınması lazım olan mütəmadi sağlıq tədbirləri haqqında məlumat verib.
Son 20 ildə 50 yaşın altında müşahidə olunan kolon xərçənginin 30 faizdən çox artdığını qeyd edən həkim “Səhiyyə Nazirliyinin statistikasında xüsusilə 50 yaşdan yuxarı olanlarda görülən bu xəstəliyin yaşı getdikcə azalır və bu tendensiya getdikcə artır. Türkiyədə də belədir. Səhiyyə Nazirliyinin məlumatına görə, kolorektal xərçəng bütün yaşlarda kişi və qadınlar arasında üçüncü ən çox rast gəlinən növdür, kolon xərçəngi isə 50 yaşdan aşağı olanlar arasında ikinci sıraya yüksəlir. Ona görə də bunun qarşısını almaq üçün nəsə etməliyik”- deyə bildirib.
ABŞ-da edilən bir araşdırmaya görə, 1990-cı ildə doğulanların 1950-ci ildə doğulanlara görə kolon xərçənginə tutulma riskinin 2 dəfə, rektum xərçənginə tutulma riskinin isə 4 qat daha çox olduğunu vurğulayan Kuzu bildirib ki, 30 faiz artımın olduğunu qeyd edib:
“Son 20 ildə gənc yaşlarda görülən kolon xərçəngi var. Bu xəstələri araşdırdığımızda gənc yaşda görülən xərçəng xəstələrin yüzdə 10-da heç bir şikayətə səbəb olmur. Bu gənclərin yerdə qalan 90 faizinin şikayəti var, amma xəstəxanaya getmirlər, təxirə salırlar. Yaşı 50-dən aşağı olan xərçəng xəstələrinə baxdığımızda onların təxminən 50 faizi 6 aydan sonra həkimə müraciət edir, təxminən 70 faizi isə irəliləmiş mərhələ olaraq bizə müraciət edir. Xəstəlik bağırsaq divarından kənara çıxıb və limfa düyünlərinə keçib”.
Kolon xərçənginin qarşısı alına bilən və qaçınılmaz səbəbləri olduğunu dilə gətirən Kuzu sözlərini belə davam etdirib:
“Qarşısını ala bilmədiyimiz səbəblərə yaşlı olmaq, ailədə qalın bağırsaq xərçəngi və ya qalın bağırsaq polipinin olması, tip-2 diabet və iltihablı bağırsaq xəstəliklərinin olmasını misal göstərmək olar. Əgər onlar varsa, artıq risk qrupunu təşkil edirlər. Amma vacib olan, dəyişə biləcəyimiz risk faktorlarıdır.
Dəyişdirə biləcəyimiz risk faktorlarına gəlincə, ilk növbədə artıq çəki problemi önə çıxır. Bir araşdırmada, bədən kütləsi indeksi kvadrat metrə 5 kiloqram artdıqda, həm kişilərdə, həm də qadınlarda xəstəliyin yaşı bir o qədər cavanlaşır. Bu artım kişilərdə 30, qadınlarda isə 12 faizdir. Digər səbəb isə hərəkətsizlikdir. Hərəkətsiz olanlarla idmanla məşğul olanlar arasında ciddi fərq var. Gənclərdə bu nisbət təxminən 15 faiz artıma səbəb olur”.
Digər tərəfdən siqaretin kolorektal xərçəngə ciddi təsir etdiyini dilə gətirən Kuzu, kolbasa, sosiska və və digər qablaşdırılmış qidaların istehlakının kolorektal xərçəngin səbəbləri arasında olduğunu da vurğulayıb.
Aytac Şahin
Medianews.az