Nigeriyada epidemiya onlarla insanın ölümünə səbəb olub.
Medianews.az xarici mətbuata istinadla bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən açıqlama verilib.
Belə ki, 21 ştatda meningit xəstəliyinə yoluxmalara rast gəlinib.
İlin əvvəlindən bu yana 628 yoluxma hadisəsi aşkarlanıb və onlardan 52 nəfər həyatını itirib.
Epidemiya ilə mübarizə üçün araşdırmaya başlanıldığı bildirilib, boyun və baş ağrısı şikayətləri olanların xəstəxanaya müraciət etmələri barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, beyindən başlayaraq bütün bədəni təsir edən meningit hava-damcı yolu ilə keçir.