Türkiyənin Dənizli bölgəsində qan donduran hadisə olub.
Medianews.az türk mediyasına istinadla bildirir ki, Hilal Aydın adlı qadın 2 yaşlı qızını boğub.
Daha sonra evini yandıraraq polisə təslim olub.
Evdə yatan həyat yoldaşı isə Mehmet Aydın yanğından xilas olub.
Hilal Aydın polis bölməsinə gedərək, gecə yatağında yatarkən Zeynəbi boğaraq evi yandırdığını və qaçdığını etiraf edib.
Hilal Aydının polisə verdiyi ifadəsində onun həyat yoldaşı Mehmet Aydın tərəfindən fahişəliyə məcbur edildiyini ,qızını öldürüb evi yandırdığını etraf edib.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az