Kahramanmaraşın Onikişubat rayonunda təhlükəli anlar yaşanıb.
Medianews.az xəbər verir ki, zəlzələ nəticəsində böyük ziyan dəyən 11 mərtəbəli Menekşe Yaşayış binası gecə saatlarında silkələnib.
Mənzildəki sarsıntının ardından AFAD, xilasetmə və polis qrupları həmin ünvana gəlib. Təhlükəsizlik zolağı çəkilən ərazidə binanın yaxınlığındakı konteynerdə qalan iki xarici ölkə vətəndaşı da təxliyyə edilib.
Sözügedən ərazinin bir hissəsi yol polisi tərəfindən avtomobillərin hərəkəti üçün bağlanıb.
Aytac Şahin
Medianews.az