Trabzonda magistral su xətti partlayıb.
Medianews.az xəbər verir ki, hadisə nəticəsində Dövlət Sahil Yolu gölə çevrilib və bir iş yeri su altında qalıb.
Təzyiqli su yolun qarşı tərəfindəki 8 mərtəbəli yaşayış binasına da sıçrayıb. Qəzalı vəziyyətə düşən binanın yuxarı mərtəbəsinin sainləri ehtiyat tədbiri olaraq təxliyyə edilib. Mənzil sakinləri daha sonra vedrələrlə suyu eyvanlardan aşağı töküblər. Hadisə zamanı su altında qalan yol ikitərəfli nəqliyyata bağlanıb.
Sözügedən ərazidən dəhşətli görüntüləri təqdim edirik:
Medianews.az