ABŞ silahlı basqının şoku ilə yenidən sarsıldı.
Bu gün ABŞ-ın Tennessi ştatında ibtidai məktəbə silahlı basqın olub.
Medianews.az xarici KİV-ə istinadla bildirir ki, silahlı basqın nəticəsində 3-ü uşaq olmaqla, 6 nəfər həyatını itirib.
Bağça ilə 6-cı sinif arasında təxminən 200 şagirdin olduğu məktəbə səhər saatlarında daxil olan cinayətkar 3-ü uşaq, 3-ü məktəb işçisi olmaqla 6 nəfəri qətlə yetirib.
Polis İdarəsi, Twitter hesabından verdiyi ilk açıqlamada, 2 uzun lüləli silahı və bir tapançası olan cinayətkarın hadisə yerində öldürüldüyünü bildirib.
Ağ Evdən verilən açıqlamada, prezident Co Baydenin hücumla bağlı məlumatlandırıldığı qeyd edilib.
Faktla bağlı araşdırmalar davam edir.
Medianews.az