İstanbulda orta məktəb avtobusunda dəhşətli hadisə baş verib.
Medinews.az xəbər verir ki, avtobus sürücüsü A.H. şagirdləri döşəmələri çirkləndirdikləri səbəbi ilə çubuqla döyüb.
Həmin anlar şagirdlərdən birinin mobil telefonu ilə saniyə-saniyə lentə alınıb. Sosial mediada yayılan görüntülərdən sonra polis hadisə ilə bağlı hərəkətə keçib. A.H. adlı avtobus sürücüsü qısa zaman ərzində saxlanılnıb. Polis idarəsində dindirilməsi başa çatan şübhəli sürücü ədliyyəyə sövq edilib.
Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən şübhəli, Küçükçekmece Sülh Cəza Məhkəməsi tərəfindən “uşağa qəsdən xəsarət yetirmə” ittihamı ilə həbs olunaraq həbsxanaya göndərilib.
Medinews.az