Rusiyada zəhərləndiyi iddia edilən müxalifət liderləri sırasına biri də əlavə edilib. Bu, 32 yaşlı müxalifətçi Elvira Vikayevadır.
Cebhe.info xəbər verir ki, siyasətçi qanında çox miqdarda zəhərli potasium maddəsinin tapıldığını, saç tökülməsi kimi xarici görünüşü dəyişdirən ciddi problemlər yaşadığını söyləyib. O, bütün bunlarda Prezident Vladimir Putin hökumətini ittiham edib.
Siyasətçi bildirib ki, şiddətli mədə ağrıları, əzələ yığılması və saç tökülməsi kimi əlamətlər uzun aylardır davam edir. Ukraynada başladılan işğalçı müharibəyə qarşı çıxışları ilə gündəm olan xanım siyasətçi noyabrdan başlayan şikayətləri fevrala qədər davam etdiyini bildirib. Qan analizinin nəticələrini paylaşan siyasətçi polisə şikayət etmədiyini də açıqlayıb. Bunu isə Putinin başlatdığı müharibəyə qarşı çıxan birinə polisin yardım etməyəcəyi ilə əlaqələndirib.
Qeyd edib ki,analizlərin nəticəsinə baxan həkimlər ona “İndiyə qədər necə sağ qalmısan?” sualı verirlər. O, bütün təhdidlərə baxmayaraq, Rusiyanı tərk etməyəcəyini, vətənində qalıb mübarizəni davam etdirəcyini deyib.
Bununla yanaşı,onun son zamanlar kameraların qarşısına çıxmadığı da diqqəti çəkir. Buna səbəb zəhərlənmə səbəbi ilə xarici görünüşündə yaranan dəyişikliklərdir.
Qeyd edək ki, potasium fotoqrafiyada və ağacoymada istifadə edilən maddədir. O, orqan çatışmazlığı, xərçəng, nəfəs darlığına yol açan təhlükəli maddə hesab olunur. Dəri ilə təması isə ölümcül ola bilər.
Xatırladaq ki, bu, Rusiya müxalifətinin zəhərlənməsiylə bağlı ilk hadisə deyil. Putinin əsas müxalifi olan və hazırda həbsdə saxlanılan Aleksey Navalı noviçok maddəsi ilə zəhərlənib və bir müddət Almaniyada müalicə edilib. O, ölkəsinə qayıtdığı zaman həbs olunub.
Zəhərlənən digər şəxs agent kimi tanınan Aleksand Litvinenko olub.
Müxalifət sıralarına sonradan qoşulan Litvinenko 2006-cı ildə Londonda poloniumla zəhərlənərək vəfat edib. 2021-ci ildə Avropa İnsan Haqları Məhkəməsi onun ölümündə Putin hakimiyyətini günahkar elan edib. İngiltərə də Litvinenkoya sui-qəsd əmrinin birbaşa Putin tərəfindən verildiyini vurğulayıb.