Müğənni Günel Zeynalova türk sənət musiqisinin imperatoru İbrahim Tatlıseslə bağlı paylaşım edib.
Medianews.az xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında onunla fotolarını yayaraq, yeni layihə üçün bir araya gəldiklərini vurğulayıb.
Zeynalova müğənnilər Ceylan və Yudumla birlikdə İbrahimə vokalistlik ediblər:
“İmperator, uşaqlığımdan bəri sənə vokalistlik edirəm. Bu mənim üçün böyük şərəfdir. Yeni hitin xeyirli-uğurlu olsun!”
Medianews.az