Türkiyənin Kayseri şəhərində Mesut D. adlı şəxs bələdiyyə ilə yol inşaatında mübahisə zəminində özünü və həyat yoldaşı Kevser D.-ni yandırıb.
Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanan şəxsləri söndürməyə çalışarkən 1 polis və 1 bələdiyyə işçisi də yaralanıb.
Yanğın ətrafdakılar tərəfindən söndürülüb. Hadisə yerinə gələn sağlamlıq qrupları yaralıları Yahyalı Dövlət Xəstəxanasına çatdırıb. Məsut D. və Kevser D.-nin bədənlərində ikinci dərəcəli yanıq xəsarətləri olduğu müəyyən edilib. Bələdiyyə və polis işçisinin isə sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib. Bələdiyyənin qarşısındakı bir avtomobilə də maddi ziyan dəyib.
Yahyalı Bələdiyyəsindən verilən açıqlamada Məsut D.-nin psixi vəziyyətinin stabil olmadığı bildirilib.
Medianews.az