Zonquldakda yoldaşının və uşaqlarının üzərinə benzin tökərək özünü bıçaqlayan şəxs növbətçi məhkəmə tərəfindən sərbəst buraxılıb.
Medianews.az bildirir ki, 36 yaşlı Erhan K. qaçdığı qəhvəxananın qapılarını kilidləyərək həyat yoldaşı Burçin K. və iki uşağını girov götürüb. Polisin müdaxiləsindən sonra xəstəxanaya aparılan Erhan K. müalicəsinin ardından nəzarətə götürülüb. Onun həyat yoldaşı və uşaqları hadisə yerindən uzaqlaşdırılıb.
Polis bölməsində dindirildikdən sonra Zonguldak Ədliyyəsinə sövq edilən Erhan K. məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.