Cümə axşamı, 8 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Ramazan ayında ən çox verilən SUALLARA CAVABLAR

LEYLA
27/03/2023 18:18
41
BAXIŞ
FacebookTwitterTelegram

Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da müqəddəs Ramazan ayı böyük coşqu ilə qarşılanır. Müqəddəs ayda insanlarımız oruc tutur, ibadət və dualar edir və mənəvi ayın feyzindən istifadə etməyə çalışırlar. 

Ramazan ayında oruc tutumağın mənəvi faydalarından biri budur ki, o, insanın bədənini dünya nemətlərindən, ruhunu isə dünya qayğılarından azad edir. Bu ayda edilən tövbələr qəbul olur, dualar yerinə yetir, xeyir əməllər üçün ikiqat savab yazılır.

Eyni zamanda Ramazan ayında oruc tutan şəxslərin qidalanma rejimində fərqlənmə müşahidə olunur. İmsak və iftar zamanı qəbul edilən qidalardan insan orqanizmi qüvvətlənir. Bu qidalardan alınan enerji tükəndikdə isə qaraciyər və əzələlərdə yığılan karbohidratlar və yağlar yandırılaraq bədəni müəyyən fəsadlardan qoruyur.

BAKU.WS-in məlumatına görə, sağlam, səhhəti normal olan və heç bir şikayəti olmayan şəxslərin Ramazan ayında oruc tutmasında heç bir dini qadağa mövcud deyil.

Müqəddəs Ramazan ayında oruc tutmaqla bağlı ən çox yaranan sualları və onlara cavabları təqdim edirik:

Ramazan ayında kimlərə oruc tutmaq vacib deyildir?

Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:

  1. Həddi-büluğa çatmamış uşaqlar;
  2. Psixi cəhətdən qeyri-normal şəxslər;
  3. Qocalıb əldən düşmüş şəxslər;
  4. Aclıq və susuzluğa heç cür tab gətirməyən daimi xəstələr.

Daha dörd təbəqədən olan şəxslər isə Ramazan ayında oruc tutmaya bilərlər; bunun üçün onlara kəffarə də düşmür, sadəcə olaraq itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir:

  1. Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar;
  2. Körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdır.
  3. Qadınlar paklıq vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı, lakin sonra mütləq qəza etməlidirlər (hər gün müqabilində bir gün hesabı ilə);
  4. Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. Əgər gələn ilin Ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. Gələn ilə kimi sağalmasalar, qəza orucu vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayətdir.

Səfərdə olan şəxs vətənə dönənə kimi orucdan azaddır, amma qayıdandan sonra mütləq qəza etməlidir (hər gün üçün bir gün hesabı ilə).

Siqaret çəkmək orucu batil edərmi?

Orucu pozan əməllər sırasında qatı toz və tüstü udmaq var. Siqaret çəkən insanın boğazına qatı tüstü getdiyindən orucu batil hesab olunur.

Oruc tutan şəxs ağzının suyunu və bəlqəmi uda bilərmi?

Ağız suyunu (tüpürcəyi) udmaq orucu pozmaz. Başdan və sinədən gələn bəlğəm də əgər ağız boşluğuna daxil olmayıbsa, onu udmağa icazə verilir. Amma bəlğəm ağız boşluğuna daxil olarsa, onu olmaz, mütləq tüpürmək lazımdır.

Diş çəkdirməyin oruc tutmağa maneəsi varmı?

Əgər dişini çəkdirərkən insan qan, su, yaxud dərman udmazsa, orucu düzgün sayılır. Lakin orucluq zamanı insanın bədənindən qan çıxmasına səbəb olan bütün əməllər (o cümlədən, diş çəkdirmək) arzuolunmazdır.

Xəstələnmiş şəxsin bədəninə iynə vurulsa, orucu pozularmı?

Xeyr, yalnız qidalandırıcı təyinatlı ampulalar vurdurmaq orucu pozar. Müalicə üçün, habelə bədən üzvünü keyitmək məqsədilə vurulan iynələr isə orucu batil etməz.

Oruc olan şəxs çimərsə, orucu düzdürmü?

Çimmək orucu batil etməz. Çimən şəxs mütləq diqqətli olmalıdır ki, başını tamamilə suya batırmasın və su damcılarını udmasın.

Lakin çimmək insanı zəiflədib yorur, bədəni süstləşdirir, bunun nəticəsində bədənin aclığa və susuzluğa qarşı müqaviməti azalır. Buna görə oruc tutan şəxsin çimməsi arzuolunmaz əməl sayılır.

Əgər evdar qadın xörək bişirərkən oruc tutduğunu unudub xörəyin dadına baxsa, orucu batil olarmı?

Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq nəsə yesə, orucu pozulmaz. Amma yeməyi udmazdan əvvəl oruc tutduğu yadına düşsə, mütləq ağzındakını tüpürməlidir.

DAHA ÇOX OXU

1-MANŞET

“Qadın toruna düşən Fərid”, çılpaq FOTOLAR, masaj xidməti… – ŞOK açıqlama

08/06/2023 18:06
Cəmiyyət

10 yaşlı qızını porno filmə çəkib satan ana tutuldu

08/06/2023 18:06
Flash

“Qarabağ”dan ŞOK TRANFER MƏBLƏĞİ istədilər

08/06/2023 17:33
export

Polis bu şəxslə bağlı əhaliyə müraciət etdi — Görün nə edirmiş

08/06/2023 17:25
1-MANŞET

Bakı sakinlərini gözləyən gizli TƏHLÜKƏ – Hər an aşa bilər (VİDEO)

08/06/2023 17:19
export

Hündürmərtəbəli binadan yıxılan qız sağ qaldı

08/06/2023 16:24
SON XƏBƏR

Həkimlərin maaşlarına əlavələrin müddəti uzadıldı

Türkiyədə növbəti ZƏLZƏLƏ

İsrailin bu ölkələrdəki səfirlikləri fəaliyyətlərini dayandırdı

Xəbər lenti

“Qadın toruna düşən Fərid”, çılpaq FOTOLAR, masaj xidməti… – ŞOK açıqlama

08/06/2023 18:06

10 yaşlı qızını porno filmə çəkib satan ana tutuldu

08/06/2023 18:06

“Ukrayna ötən sutka 945 hərbçi itirib”

08/06/2023 17:50

“Qarabağ”dan ŞOK TRANFER MƏBLƏĞİ istədilər

08/06/2023 17:33

Polis bu şəxslə bağlı əhaliyə müraciət etdi — Görün nə edirmiş

08/06/2023 17:25

Bakı sakinlərini gözləyən gizli TƏHLÜKƏ – Hər an aşa bilər (VİDEO)

08/06/2023 17:19

İlham Əliyev FƏRMAN imzaladı

08/06/2023 16:28

Hündürmərtəbəli binadan yıxılan qız sağ qaldı

08/06/2023 16:24

Taksi sürücülərinin NƏZƏRİNƏ: Yeni qaydalar gəlir

08/06/2023 16:22

İrana müalicəyə gedənlər casusluğa cəlb edilə bilər – Ehtiyatlı olun!

08/06/2023 15:52

“Marşal Jukov Qurandan müharibə mətnlərinin tərcüməsini əmr etmişdi”- İlham Rəhimovla MÜSAHİBƏ

08/06/2023 15:52

Qeyri-sabit hava şəraitinin ölkəyə vurduğu ziyanla bağlı MÜHÜM AÇIQLAMA

08/06/2023 15:46

“Maaş verdiyim oğlana istədiyimi edirəm” – Qadının davranışı gündəm oldu / FOTOLAR

08/06/2023 15:46

“Yavaş-yavaş məqam yetişir, Xankəndi və ətraf ərazilərdə…” – Deputatdan anons

08/06/2023 15:45

“Qarabağ”da daha bir ayrılıq

08/06/2023 15:41

Talıbovların 94 milyonluq bankını kim alıb? – DOSYE

08/06/2023 15:32

Məhşur rəssam Pablo Picassonun sevgilisi 101 yaşında vəfat etdi

08/06/2023 15:31

Patruşev: Ukrayna Rusiya ilə sülh bağlamağa hazır idi, lakin ABŞ buna icazə vermədi

08/06/2023 15:23

Qurbanlıq qoyun almaq istəyənlərə ŞAD XƏBƏR – Qiymətlər… – VİDEO

08/06/2023 14:55

Gülayın gizli biznesi bu imiş – Aparıcı canlı yayımda AÇIQLADI

08/06/2023 14:36

Bakıda adam öldürmüş şəxs həbsdən çıxan kimi vuruldu

08/06/2023 14:19

Plastik faciə… – “Medera” Hospitalı öz işçisini öldürdü – FOTO

08/06/2023 14:15

Bir zamanların sevilən aktrisası… – İndi onu heç kim tanımır

08/06/2023 14:11

Ata verdiyi işgəncə izləyənləri şoka saldı – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

08/06/2023 13:53

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.