İstanbulda bir kafedə söz atmağa görə iki nəfər arasında dava düşüb.
Medianews.az xəbər verir ki, mübahisə etdiyi gənci təqib edən şəxs əvvəlcə onu döyüb, sonra isə tapança ilə dizindən atəş açıb.
Hadisələr kameralara əks olunub. Vurulan gənc isə maşının altında qalmaqdan son anda xilas olub.
Gəncin vəziyyətinin yaxşı olduğu, həyatının təhlükədə olmadığı öyrənilib. Digər tərəfdən hadisə ilə əlaqədar işə başlayan polis qrupları ətrafdakı təhlükəsizlik kamerası görüntülərini araşdırıb və hadisə şahidlərinin ifadələrinə müraciət edib. Araşdırmalar nəticəsində hücum edənin şəxsiyyətinin polis tərəfindən müəyyən edilərək tutulduğu öyrənilib.
Medianews.az