“Harri Potter”in 33 yaşlı ulduzu Daniel Redkliff ata olacaq.
Axşam.az xəbər verir ki, aktyorun 38 yaşlı sevgilisi Erin Darkın hamilə olması paparassilərin lentə aldığı fotolarda üzə çıxıb.
Cütlük Nyu-Yorkda gəzərkən obyektivlərə tuş gəliblər.
Qeyd edək ki, Daniel və Erin 10 ildən çoxdur eşq yaşayır.