ABŞ -in Texas Universitetinin Sağlamlıq Elmləri Mərkəzinin alimləri şirniyyat yeməyə və kökəlməməyə imkan verən dərman hazırlayıblar.
Medianews.az xəbər verir ki, onlar öz işlərinin nəticələrini Cell Reports jurnalında dərc ediblər .
Belə ki, alimlər hazırlanmış dərmanı CRASS adlandırıblar. Onun fəaliyyət prinsipi termogenezə əsaslanır, yəni bədən artan miqdarda enerji buraxmağa başlayır. Dərman maqneziumu hüceyrələrin mitoxondriyalarına daşıyan MRS2 geninin fəaliyyətinə maneə törədir. Nəticədə şəkər və yağ mübadiləsinin effektivliyi artır.
Möcüzəvi dərmanı yaradanlar artıq gəmiricilər üzərində bunu sınaqdan keçiriblər.
Belə ki, əvvəlcə siçanlar yüksək kalorili qida ilə qidalanırıblar və bu dərmanı qəbul etdikdən sonra heyvanlar arıqlayıblar.
Qeyd edək ki, CPASS hələ patent almaq mərhələsindədir. Alimlər daha çox sınaqlar, o cümlədən insanlar üçün təhlükəsizlik testi keçirməlidirlər.
Eyni zamanda, mütəxəssislər əmindirlər ki, dərman diabet, infakt, insult və qaraciyər xərçənginin qarşısını ala bilər.
Medianews.az