Almaniya bazar ertəsi ölkədə son illərin ən böyük tətili ilə oyandı…
Medianews.az xarici KİV- ə istinadla bildirir ki, ölkədə inflyasiyanın artması səbəbindən ölkənin iki ən böyük həmkarlar ittifaqı tətilə çıxıb.
Bildirilib ki, hava limanlarında, dəmir yollarında, avtobuslarda və metroda keçiriləcək tətil 24 saat davam edəcək, ölkədə ictimai nəqliyyat dayanacaq.
Təxminən 3 milyon üzvü olan Verdi və EVG həmkarlar ittifaqının başlatdığı tətillə ölkədə həyat dayandı, şəxsi avtomobilləri ilə işə getmək və səyahət etmək istəyən almanlar magistral yollarda uzun növbələr və sıx trafik meydana gətirdi.
Birlik prezidentinin verdiyi açıqlamada maaşların artırılması tələbinin “ölüm-qalım məsələsi” olduğu bildirib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra təbii qazda Rusiyadan asılı olan Almaniya ağır zərbələr aldı və inflyasiyanın artması ilə bağlı çətinliklər yaşadı. Almaniyada inflyasiyanın 9,3 faiz artmasından sonra milyonlarla işçi maaşların artırılmasını tələb edib.
Deutsche Bahn, mövzu ilə bağlı açıqlama verərək: “Bu tətil tamamilə lazımsız, əsassız və həddindən artıqdır”- deyib.
Medianews.az