Rusiya Belarusda nüvə silahı yerləşdirəcək.
Medianews.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu Rusiya dövlət televiziyasına müsahibəsində açıqlayıb.
Putin Strateji Silahların Azaldılması Müqaviləsinin (START) öhdəliklərinə uyğun olaraq belə addım atılacağını bildirib.
Putin açıqlamalarında qeyd edib ki, Belarus bizim yaxın müttəfiqlərimizdəndir və dərin əlaqələrimizin olmağı bunu tələb edir:
“Biz Belarusa nüvə silahı vermirik. ABŞ da müttəfiqlərinə vermir. Əslində, biz illərdir onların etdiklərini edəcəyik. ABŞ-ın müəyyən müttəfiqləri var və daşıyıcılarını hazırlayırlar. Onların da ekipajları var. Biz də belə etmək qərarına gəldik. Strateji Silahların Azaldılması Müqaviləsindəki öhdəlikləri pozmadan belaruslu dostlarımızı dəstəklədik. və buna uyğun olaraq nüvə silahı daşımağa görə 10 təyyarə hazırlamışıq. Həmin təyyarələr də belə silahlardan istifadə etməyə hazırdır”.
Belarusda işlərini davam etdirdiklərini bildirən Putin “Aprelin 3-dən etibarən ekipajların təliminə başlayırıq. İyulun 1-nə kimi xüsusi saxlama anbarının tikintisini bitirəcəyik” deyə bildirib.
Böyük Britaniyanın Ukraynaya azaldılmış nüvə mərmiləri göndərmə qərarının riskli olduğunu deyən Rusiya prezidenti “Bunlar, əlbəttə ki, kütləvi qırğın silahları kateqoriyasına aid deyil. Onlar bir növ radiasiya tozu yaradır və buna görə də təhlükəli silahlardır. Əgər istifadə olunarsa, kənd təsərrüfatı ərazilər qaçılmaz olaraq çirklənəcək, yerli sakinlər və ətraf mühit üçün təhlükə yaranacaq” deyə vurğulayıb.
Aytac Şahin
Medianews.az