Çərşənbə axşamı, 6 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Oğlunu danışdırmayan, Habil Əliyevi özündən çıxaran, Rəmişlə yola getməyən Qədir

Nəzrin
26/03/2023 20:27
257
BAXIŞ
FacebookTwitterTelegram

Medianews.az Kulis.az-a istinadən Xalq artisti Qədir Rüstəmov haqqında martaqlı faktları təqdim edir.

1. Çoxu bilmir ki, Qədir Rüstəmova ilk xeyir-duanı Xan Şuşinski verib. O, məclislərin birində Qədirə deyib: “Ay qara oğlan, oxu görək, səsini yaman tərifləyirlər.” Qədir orda “Qarabağ şikəstəsi” oxuyub, Xan başını təmkinlə yellədərək deyib: “Sən sənətkar olacaqsan!”.

2. Ağdam şəhərinə atılan raketlərdən biri Qədirin əkdiyi tut ağacının budağını yaralayır. Qədir o tutdan iki dəyirmi ağac kəsir. Həyat yoldaşı həmin ağacları Azərbaycan Milli Tarix Muzeyinə bağışlayır.

3. Qədir Rüstəmov balıq tutmağı, ova getməyi və maşın sürməyi çox sevib. Onun balıq sevdası haqqında çoxsaylı əhvalatlar var. Biri budur ki, Bakıdan Lənkərana vəzifədə işləyən dostunun yanına gedir, ondan ciddi-ciddi xahiş edir: “İcazə ver, balıq vətəgəsində qarmaqla balıq tutum!” Dostu təəccüblənir. “Ay Qədir, balıq lazımdı, denən bir “KAMAZ” verim, bu boyda adam gedib dənizə qarmaq sallayacaqsan?” Nəticə: Qədir dostundan küsür və Lənkəranı tərk edir! Onu güc-bəla saxlayıb üzr istəyirlər.

4. Qədir Rüstəmov qaçqın düşəndə Oğuzda yaşayırdı. Ağdamlı telejurnalist Fəxrəddin Hacıbəyli onun haqqında veriliş çəkib AzTV-də verəndən sonra elə bil hamının yadın düşdü. Bundan sonra Heydər Əliyev onu Bakıya çağırdı, ev və maşın bağışladı.

 

5. Qədirin müğənnilik edən oğlundan zəhləsi gedirdi. Onunla danışmırdı. Hər dəfə onunla bağlı nəsə soruşanda əsəbləşir, suala cavab vermirdi. Səbəbi qəribə idi: “Niyə gedib restoranlarda oxuyur?!”

6. Onun öz ifasından da zəhləsi gedirdi. Xüsusən “Sona bülbüllər”dən . Bir dəfə Ağdamda uşaqlar onun uzaqdan gəldiyini görüb hörmət əlaməti olaraq “Sona bülbülləri” oxudurlar, üstlərinə yeriyir, hamısını söyüb-batırır. Əvvəl elə bilirlər Qədir cavanların onu ələ saldığını düşünür. Sonra məlum olur ki, özünün bu ifasında heç xoşu gəlmir, hər dəfə eşidəndə əsəbləşir.

7. Bir dəfə mətbuatda etiraf etmişdi ki, bütün Azərbaycanı tilsimə salan “Sona bülübüllər” mahnısına özü bir dəfə də başdan-ayağa qulaq asmayıb. Orda-burda nə eşidibsə, odur.

8. Qədir həm də böyük sənətkarlarla dolanmırdı. Onun Habil Əliyevlə, həmyerlisi Rəmişlə, Avtandil İsrafilovla böyük skandalları olmuşdu. “Mətbuatda dediyi “Yekə kişidir, gedib “Cücələrim” çalır, ayıbdır” sözləri Habil kimi yumor hissi yüksək olan və səbirli adamı hövsələdən çıxarmışdı.

9. Onunla ünsiyyətə girmək çox çətin idi. Ağdamda qonşusu olan bir kişi məclislərin birində etiraf eləmişdi: “Qədir bu dünyanın ən pis qonşusu idi!”

10. Həyat yoldaşı deyir, Türkiyədə xəstəxanada komada ikən Aqil Abbas yanına gəlmişdi. Həkimlər reaksiyasını yoxlamaq məqsədi ilə xahiş etdi ki, Qədirin qulağına nəsə pıçıldasın. Aqil müəllim əyilib deyir, ay Qədir, Ağdamı alıblar, aç gözlərini, dur gedək! Bu vaxt əli tərpənməyə başladı.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

DAHA ÇOX OXU

Cəmiyyət

Bakıda tufan küləyi əsir

06/06/2023 14:44
Cəmiyyət

İşsiz vətəndaşlar üçün ayrılan vəsait artırılır

06/06/2023 13:40
Cəmiyyət

“Hər il danışıram, özüm də bezmişəm”

06/06/2023 13:26
Cəmiyyət

“Vətəndaş məmur qapısında elə üz görür ki…”

06/06/2023 13:14
Cəmiyyət

Vilayət Eyvazov 4 rəisin yerini dəyişdirdi

06/06/2023 11:23
Cəmiyyət

Bakı metrosunda hansı yeniliklər olacaq? – Bakıxanov, Qaraçuxur, Yeni Günəşliyə… – RƏSMİ

06/06/2023 10:45
SON XƏBƏR

Eyyub Yaqubov İsrail konsertində: "Azərbaycan bütövləşəcək, Turan yaranacaq" - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva “Qarabağ” və “Qalatasaray” komandaları arasında keçirilən xeyriyyə oyununa baxırlar

Baba ağlayan nəvəsini binadan atdı

Xəbər lenti

Ağamirzədən sərt sözlər: “Adlarından iyrənirəm”

06/06/2023 16:47

İki qadın ölmüş maralları çiy-çiy yedi – ŞOK GÖRÜNTÜLƏR

06/06/2023 16:24

Dünya rekordunu təzələdi

06/06/2023 16:07

Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər – VİDEO

06/06/2023 15:51

Bu görüntülər böyük səs-küyə səbəb oldu

06/06/2023 15:46

Hava şəraitinə görə bu imtahanların vaxtı dəyişdirildi – RƏSMİ

06/06/2023 15:38

Dövlət çevrilişinə cəhdlə bağlı axtarış aparılıb

06/06/2023 15:25

Mebel fabrikində yanğın – HƏR YER TÜSTÜYƏ QƏRQ OLDU

06/06/2023 14:58

Bakıda tufan küləyi əsir

06/06/2023 14:44

İşəgötürənlər üçün yeni vəzifə müəyyənləşdirilir

06/06/2023 14:38

Qızını boğaraq öldürən anaya BU CƏZA VERİLDİ

06/06/2023 14:32

İcra başçısının sabiq müavini həbs edildi

06/06/2023 14:18

Rusiyanı çaşdıran video! Saxta Putin hərbi vəziyyət elan etdi

06/06/2023 14:05

Hakan Fidan Abdullah Çatlımı? – Şəhər əfsanəsi ilə bağlı iddialara nöqtə QOYULDU

06/06/2023 13:49

İşsiz vətəndaşlar üçün ayrılan vəsait artırılır

06/06/2023 13:40

Mətanət Əliverdiyeva onu Lara Fabiana bənzətdi -VİDEO

06/06/2023 13:36

“Hər il danışıram, özüm də bezmişəm”

06/06/2023 13:26

“Vətəndaş məmur qapısında elə üz görür ki…”

06/06/2023 13:14

Rusiyaya casusluqda ittiham olunan agent ABŞ-da ölü tapıldı

06/06/2023 12:48

Saxta avtomobil elanı verən şəxs satıcını “dayım”, alıcını isə “komandir” kimi təqdim etdi…

06/06/2023 12:43

Atasına başdaşı düzəltdirmək üçün su satan Elvinlə bağlı AÇIQLAMA

06/06/2023 12:32

Orta məktəbdə dəhşət: Ayrılığı həzm edə bilməyib, keçmiş sevgilisini…

06/06/2023 12:22

Azərbaycanlı tələbə Polşada qəfil öldü

06/06/2023 12:13

13 universitetin rektoru DƏYİŞDİ – YENİ QƏRAR

06/06/2023 12:05

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.