Bu gün “Qarabağ” Futbol Klubu ilə “Qalatasaray” qardaşlıq meydanına çıxaraq Azərbaycan və Türkiyə zəlzələnin yaralarını sağaltmaq üçün əl-ələ verib. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Medianews.az bildirir ki, üzərinə İLHAM ƏLİYEV yazılmış 10 nömrəli futbol forması Qarabağ-Qalatasaray matçı əsnasında Azərbaycan Prezidentinə təqdim olunub.
Qeyd edək ki, “Qalatasaray”ın formasını klubun prezidenti Dursun Özbek İlham Əliyevə hədiyyə edib.