Qaradağ rayonu Ələt qəsəbəsində evdə meyit tapılıb. Bu barədə yerli polis şöbəsinə daxil olan məlumatdan sonra araşdırmaya başlanıb.
Məlumata görə, ölü tapılan şəxsin 1974–cü il təvəllüdlü Dəyanət Tapdıq oğlu Cəfərov olduğu müəyyənləşib. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Dəyanət Cəfərovun kim tərəfindən öldürülməsinin və ya hansı şəraitdə ölməsinin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb.