“Dəmirbank” ASC-yə məxsus daşınmaz əmlaklar 28 mart 2023-cü il tarixində saat 10:00-da hərraca çıxarılacaq.
Referans.az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərraclarda iştirak etmək istəyən şəxslər sənədləri hərracın başlanmasına ən geci 5 gün qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.