Ermənilər yenə ağlaşma qurub.
Medianews.az xəbər verir ki, erməni mətbuatı türklərə məğlubiyyətlərinin acısını yaşamamış, Qarabağla Ermənistan arasında qalan yeganə dağ-meşə yolunun Azərbaycan tərəfindən nəzarətə götürüldüyünün harayını edir.
“Dünən “Arsax”ın “informasiya qərargahı” “bəyanat” yayıb ki, Azərbaycan silahlı qüvvələri Şuşi-Lisaqor (Şuşa-Turşsu – red) sektorunda təmas xəttini pozaraq müəyyən mövqe irəliləyişini təmin edib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan tərəfi qoşunların təmas xəttini pozaraq 2054,0 hündürlüyü zəbt edib və yeni ərazidə mühəndis işləri aparır.
Faktiki olaraq Azərbaycan tərəfi Qarabağla Ermənistan arasında qalan yeganə dağ-meşə yolunu nəzarətə götürərək yüksəkliyi ələ keçirib və “Arsax”a alternativ yol yoxdur”, – deyə erməni mediası yazıb.
Qeyd edək ki, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
KONKRET.az