Vurğulanıb ki, sürücülər yorğun halda sükan arxasına əyləşməməlidirlər. Əks halda ağır qəza baş verə bilər.
İdarədən o da bildirilib ki, uzaq məsafə qət edən sürücü və sərnişinlər qısamüddətli istirahət üçün yol polisinin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər.