ABŞ-da gecə klubuna silahlı hücumun qarşısı son anda alınıb.
Medianews.az xəbər verir ki, Florida ştatının Tampa şəhərində gecə klubuna silahla daxil olmaq istəyən şəxs son anda qapıda mühafizəçi tərəfindən saxlanılıb.
Tampa Polis İdarəsindən verilən açıqlamada şübhəlinin 44 yaşlı Michael Rudman olduğu və Rudmanın üzündə maska, bir əlində odlu silah və fənərlə gecə klubuna girməyə çalışdığı bildirilib.
Hadisədə iştirak edən 3 mühafizəçidən biri Rudmanla əlbəyaxa dava nəticəsində yüngül xəsarət alıb.
Polislər saxlanılan Rudmanın hücuma cəhddən bir gün əvvəl gecə klubuna getdiyini bildiriblər.
Hadisə ilə bağlı istintaq tədbirləri davam edir.
Aytac Şahin
Medianews.az