Moskva vilayətində rus uşaqlarını xaricə satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Medianews.az rus mətbuatına istinadla xəbər verir ki, saxlanılan Nərgiz Həmidova adlı şəxs “Sweetchild” surroqat ana firmasının meneceri olub.
Bu şirkət Moskvadakı mənzillərdən birində tapılan beş körpə ilə bağlı qalmaqallı xəbərdən sonra məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az