İngiltərədə ürək tutması səbəbindən həyatını itirən və bir neçə dəqiqə sonra həyata qaytarılan Kevin Hill adlı şəxsin ölüm təcrübəsinin hekayəsi eşidənləri şoka salıb.
Medianews.az xarici mətbuata istinadla xəbər verir ki, tibbi rəyə görə, iki litr yarım qan itirən və qan itkisi səbəbindən ürəyi dayanan Hill reanimasiyada bir müddət sonra qəflətən ayılıb.
Kevin ölüm anında yaşadıqlarını izah edərək, “Qəribə idi” deyib.
Hill: “Bədənimi görə bilmədim, amma ondan ayrı olduğumu hiss etdim. Sanki ruhlar aləmindəydim. Baş verənlərdən xəbərdar idim, amma həm də rahat idim” deyib.
Kevin Hill, onu xilas etməyə çalışan tibb işçilərinə baxdığını xatırladığını, lakin öldüyünü bilmədiyini söyləyib:
“Mən bilirdim ki, ölmək vaxtım deyil. Mən öldüm və dirildim. Ağ işığı görə bilmədim”, – Kevin Hill deyib.
Medianews.az