Xəbər verdiyimiz kimi, xarici agent kimi tanınan gürcü əsilli rusiyalı müğənni Valeriy Meladzenin Dubayda təşkil olunan gecədə Ukrayna ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olmuşdu.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, gecədə “Yaşasın Ukrayna!” şüarını ssələndirən ifaçnın Rusiya vətəndaşlığından məhrum edilməsi təklif olunmuşdu.
Bu günlərdə isə məlum olub ki, sənətçinin videoda işlətdiyi sözlər araşdırılıb. Qanunsuz heç nə aşkarlanmadığı üçün Meladze vətəndaşlıqdan məhrum edilməyəcək və ölkəyə girişi bağlanmayacaq.
Qeyd edək ki, sözügedən video yayımlandıqdan sonra ölkənin “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının lideri Sergey Mironov Meladzenin hərəkətini pisləmişdi. O, ifaçının ünvanına “iki stulda oturur” deyərək onun bütün titullarından məhrum edilməsi ilə bağlı çağırış edib. Eyni zamanda, senator Yelena Afanasyeva isə Meladzeni Rusiya vətəndaşlığından məhrum etməyi təklif etmişdi.