Xəbər verdiyimiz kimi, məşhur aparıcı Turan İbrahimov Oqtay Əliyevin dünyasını dəyişdikdən sonra yaxınlarının pərişan vəziyyətdə mediada işıqlandırılmasına etiraz etmişdi.
Medianews.az xəbər verir ki, aparıcının dediyi sərt sözlər sosial mediada da geniş müzakirələrə yol açıb.
“Vəsiyyətimdir. Mən öləndə heç bir media orqanını nə evimin həyətində, nə evimin içində, nə də qəbrimin üstündə görmək istəmirəm. Doğmalarımın pərişan vəziyyətini çəkib yayanların isə, indidən Allah bəlasını versin. Haqqımı halal etmirəm!”,- deyə Turan İbrahimov bildirib.
Onun bu açıqlaması ilə bağlı aparıcıya dəstək verənlərlə yanaşı sərt şəkildə tənqid edənlər də olub.
Sözügedən məsələ ilə bağlı Turan İbrahimovla əlaqə saxladıq.
Medianews.az-a danışan aparıcı məsələyə münasibət bildirib:
“Qınayanlar yəqin hər anlarının ortalığa tökülməsindən zövq alanlar, hətta onu belə özünə reklam sayanlardı. Və ya təki reytinq, İP olsun deyərək bütün insani hisslərini kənara qoyanlardı. Hər şeyin, bu cür məqamların belə işıqlandırması zərurəti yaranırsa o zaman mütləq bir çərçivə də olmalıdı”.
Medianews.az