Cümə, 2 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Qeyri-peşəkarların “at oynatdığı” medianı nəzərdə tutursa …” – Turan İbrahimovun qalmaqallı fikirlərinə MÜNASİBƏT

TURAN
24/03/2023 13:52
1k
BAXIŞ
FacebookTwitterTelegram

Ötən gün tanınmış prodüser Oqtay Əliyevin vəfatı hər kəsi məyus etdi. Sənətkarın sənət dostları ilə bərabər onu sevənlər də sosial şəbəkələrdə mərhum haqqında xatirələrini bölüşdülər. Onlardan məşhur aparıcı Turan İbrahimov Oqtay Əliyevin dünyasını dəyişdikdən sonra yaxınlarının pərişan vəziyyətdə mediada işıqlandırılmasına etiraz etmişdi.

Medianews.az xəbər verir ki, aparıcının dediyi sərt sözlər sosial mediada da geniş müzakirələrə yol açıb. “Vəsiyyətimdir. Mən öləndə heç bir media orqanını nə evimin həyətində, nə evimin içində, nə də qəbrimin üstündə görmək istəmirəm. Doğmalarımın pərişan vəziyyətini çəkib yayanların isə, indidən Allah bəlasını versin. Haqqımı halal etmirəm!”,- deyə Turan İbrahimov bildirib.

Aparıcının bu fikirləri sosial şəbəkədə birmənalı qarşılanmadı. Media ekspertləri mövzu ilə bağlı Medianews.az -a danışdılar.

Azər Ayxan “Yeni Müsavat”dan istefa verdi

Globalinfo.az saytının təsisçisi Azər Ayxan bildirdi ki, bu, Turan İbrahimovun mövzuya fərdi yanaşmasıdır: “Oqtay Əliyev media cameəsi üçün doğma, əziz insan idi. Dilarə Əliyeva da jurnalistlər üçün önəmli simalardandır. Televiziya rəhbərlərinin əksəriyyətinin onlarla xoş münasibəti var idi. Siz də şahid oldunuz ki, onlar Oqtay Əliyevin evində, vida törənində oldular. Media işçilərinin orada olması və hadisənin işıqlandırılması onlar tərəfindən dost kimi icra olunub. Yeri gəlmişkən, canlı reportaj verən jurnalistlər də kədərlərini ifadə edirdilər.

Açığı, mənə qəribə gəlir. Media işçiləri belə anlarda iştirak etməlidirmi? İştirak etməsə belə, insanlar, sosial şəbəkə istifadəçiləri bu və ya başqa tədbirlərlə bağlı çəkilişlər edirlər.

Deyə bilmərəm Turan İbrahimov düz və yaxud da səhv deyir. Bu, onun şəxsi yanaşmasıdır. Turan uşaq deyil. İllərini mediaya həsr etmiş insandır. Bu, onun şəxsi qənaətidir. Sözügedən mövzuda çətinlik çəkirəm. Bu, mübahisəli və fərdi yanaşmadır.

Xalid Kazımlı: Nəyi necə yazaq - gənc həmkarlara tövsiyələr - Millixəbər İnformasiya Portalı

Musavat.com-un baş redaktoru Xalid Kazımlı bildirdi ki, tanınmış teleaparıcının bu məsələdəki mövqeyini doğru hesab edir: “Bir insanın vaxtsız vəfatı, həlakı yalnız o zaman mediatik hadisə ola bilər ki, orada bir səhlənkarlıq, sui-qəsd olsun. Onda da diqqətləri dəfnə gələnlərin, mərhumun yaxınlarının ağlamasına, hüznünə yönəltmək yox, ölümə səbəb olmuş durumun və ya şəxslərin üzərinə cəmləmək lazımdır. Ağlamaq insanın emosional halıdır, zəif məqamıdır, estetik deyil, ona görə də bunu çəkib göstərmək, “göz yaşı ovu”na çıxmaq etik hərəkət sayıla bilməz. Təsadüfi deyil ki, bir məclisdə, toplantıda duyğusal ovqata qapılan və kövrələn şəxslər dərhal özlərini ələ alır və toplaşanlardan üzr istəyir. Amma hazırda jurnalistlər arasında sanki bir yarışma var: “filankəslərin ağlamasını ən yaxşı biz çəkdik”. Bu, düzgün deyil. Məşhur adamın vəfatının, dəfninin bu cür aşırı dərəcədə işıqlandırılmasına ehtiyac yoxdur, diqqəti onun həyat və yaradıcılığına, özündən sonra qoyub getdiyi əsərlərə, izlərə yönəltmək lazımdır”.

Elçin Mirzəbəyli: Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik şəkildə inkişaf etməkdədir - AZƏRTAC

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd etdi ki, bu, çox ağrılı bir mövzudur: “Elə insanlar var ki, onların ağır gününü doğmaları ilə baş verən faciənin sosial şəbəkədə, mediada işıqlandırılması sosial şəbəkələrdə xəbərə çevrilməsinin əleyhinədirlər. Nəzərə almaq lazımdır ki, Oqtay Əliyevin ölümü ilə bağlı yayılan əksər videomateriallar, görüntülər ciddi mətbuatda deyil, daha çox sosial şəbəkələrdə paylaşılmışdı. Peşəkar media resurslarının bu məsələdə müəyyən qədər etik normaları nəzərə alındığını söyləmək mümkündür. Bəzilərinin sosial şəbəkələrdəki səhifələrində yenə də baş verən faciədən dividend, oxucu qazanmaq cəhdləri də vardır. Oqtay Əliyev kifayət qədər tanınmış şəxs idi. Həyat yoldaşı da hər zaman diqqət mərkəzində olub. Cəmiyyət üçün tanınmış, aktiv insanların həyatı, yaşayış tərzi hər zaman diqqət mərkəzində olub. Bu yolu seçən insanlar mahiyyət etibarı ilə xoş və çətin günlərində diqqət mərkəzində olacaqlarını yaxşı bilirlər. Onların hər birinin şəxsi həyatının toxunulmazlığı var. Əgər onlar şəxsi həyatlarına müdaxilələri arzulamırlarsa, bununla bağlı öz etirazlarını bildirə bilərlər. Müvafiq qaydada bütün kriteyalarını etik normlar pozulursa, o zaman məhkəməyə müraciət etmək hüquqları var. Sözügedən məsələ ilə bağlı çevik hüquqi prosedurlar var. Bu aspektdən də birmənalı şəkildə ittihamın da əleyhinəyəm. Sosial şəbəkə istifadəçiləri də bu məsələdə həssas olmalıdırlar. İnsanların bəzən arzuolunmaz görüntülərinin, ağrılı-acılı günlərinin yayılması onlara sonradan daha böyük ağrı verir. Oqtay Əliyevin dəfn mərasimində isə etik normaların pozulması ilə bağlı elə bir pozuntuya rast gəlmədim. Qarşılaşdığım xəbərlərdə ailə üzvlərinə və rəsmi xəbərlərə istinad var idi. Bu məsələ ilə bağlı etirazını bildirən tərəf, ilk növbədə, onun ailə üzvləri ola bilər. Media da bu məsələyə kifayət qədər həssas yanaşmalı, etik normları nəzərə almalıdır”.

Ələsgər Məmmədli: “Təkliflərimi yazılı şəkildə verməyim xahiş olundu”

Media eksperti Ələsgər Məmmədli hesab edir ki, Turan İbrahimov qeyri -peşəkar təqdimatdan sonra bu nəticəyə gəlib. Çünki həqiqətən də mərhum sənətkar Oktay Əliyevin dəfn mərasimi, daha öncə də başqa sənətkarların cənazələrində qeyri-peşəkar təqdimatlar sərgilənib. Hacı Şahinin görüntülərində bunu qismən müşahidə etmişdik. İnsanlar ictimai əhəmiyyət daşıyan məlumatlarla, əlbəttə, maraqlanırlar. Amma media nümayəndələrinin digər insanlardan fərqi işə peşəkar yanaşmasıdır. Peşəkarlıq hadisənin mahiyyətini, cəlbediciliyini olduğu kimi cəlb etməklə bərabər, həm də etik çərçivələri qoruyaraq çatdırmalıdır. Bu baxımdan, cəsədin, tabutun görüntüləri heç bir halda təqdim olunmamamlıdır. Özəl həyat deyilən anlayış ölümdən sonra da davam edir. Özəl həyat anlayışı şəxsin deyil, onun yaxınlarının da duyğu-düşüncələrini qorumağı tələb edir. Ona görə də burada qeyri-peşəkar davranış Turan İbrahimovu belə bir çıxış etməyə vadar edib. Əslində, hər yerdə tanınmış insanların dəfn mərasimləri xəbərə çevrilir. Amma bu dəfn mərasimlərinə diqqət etsək, burada ümumi şəkildə mərasimin görüntüsü və ordakı insanların dəfndən sonra xatirələrin bölüşülməsi şəkildə ola bilər. Amma dəfn mərasiminin bütün detallarını sərgilmək qeyri-peşəkarlıqdır. Bunun ictimai əhəmiyyəti də yoxdur. Azərbaycanda media sahəsində çox ciddi maarifləndirməyə ehtiyac var. Son vaxtlar tıklama və reytinq xətrinə kifayət qədə jurnalistika standatlarının sərhədləri zorlanır. Bu zorlama gedərək jurnalistikanı gözdən salır. Çalışmaq lazımdır ki, peşəkar media bu məsələdə həm özü marifləndirici olsun, həm də kadrlarına sistemli şəkildə ekstermal situasiyalarda ən dəqiq informasiyanı versin”.

Trend İnformasiya Agentliyinin redaktoru Elgün Mənsimov qeyd etdi ki, mərhum Oqtay Əliyev kifayət qədər tanınmış və ictimaiyyət arasında hörməti olan adam idi. Ona görə onun yas mərasimində media nümayəndələrinin olması təəccüb və ya narahatlıq yaratmamalıdır: “O ki qaldı yaxınlarının pərişan və məyus halda görüntülərinin çəkilib yayılmasına, burada artıq çəkən və onu yayanlardan peşəkarlıq tələb olunur. Bu cür həssas mərasimlərdə şərt deyil ki, bütün detalları çılpaqlığı ilə çəkəsən. Belə məqamlarda jurnalist etik davranış sərgiləməlidir. Məsələn, Oqtay Əliyevin qəzada dünyasını dəyişməsi xəbəri məni üzdü, amma onun nəşinin üzüqanlı şəkildə yerdə uzandığını görəndə sarsıldım. Görün, onun yaxınları bu fotonu görəndə hansı əzabı çəkərlər… Ona görə də hörmətli həmkarımız Turan İbrahimov qeyri-peşəkarların “at oynatdığı” medianı nəzərdə tutursa, ona haqq qazandırmaq olar. Düzdür, hər kəsin əlində bir telefon var, istəsək də, istəməsək də, o görüntülər ortaya çıxacaq, amma bunu edən media olmamalıdır. Artıq mediada olan hər kəs öz məsuliyyətini dərk etməlidir. Hadisə və ya mərasim yerinə gedən jurnalist bilməlidir ki, onun işi sadəcə xəbər verməkdir, burada isə duyğusallıq, emosionallıq, kimisə ağlamağa və ya ağlatmağa vadar etmək yolverilməzdir”.

Turan İbrahimov müəllimlərin müdafiəsinə qalxdı:

Sonda isə tanınmış aparıcı Turan İbrahimov onu qınayan insanlara da münasibətini bildirdi: “Qınayanlar yəqin hər anlarının ortalığa tökülməsindən zövq alanlar, hətta onu belə özünə reklam sayanlardı. Və ya təki reytinq, İP olsun deyərək bütün insani hislərini kənara qoyanlardı. Hər şeyin, bu cür məqamların belə işıqlandırması zərurəti yaranırsa. o zaman mütləq bir çərçivə də olmalıdır”.

Xəyalə Rəis
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb

DAHA ÇOX OXU

export

Dostunu boğaraq cəsədini pəncərədən atdı

02/06/2023 12:51
Cəmiyyət

Yaşa görə pensiyanın məbləği ARTIRILIR

02/06/2023 12:26
Dünya

Trump özünü belə müdafiə etdi: “Mən hər şeyi düzgün etmişəm”

02/06/2023 12:05
1-MANŞET

Suni intellektin QORXUNC TƏRƏFİ – İNSAN ÖLDÜRÜR

02/06/2023 11:48
Cəmiyyət

Ramiz Rzayevin rəis qardaşının yerinə TƏYİNAT

02/06/2023 11:33
Dünya

Tanınmış aktrisa izləyicilərinə SƏSLƏNDİ : “EHTİYATLI OLUN”

02/06/2023 11:17
SON XƏBƏR

Xankəndi yolu ilə növbəti qanunsuz daşımalar - MN video yaydı

"2500 elə mənim cibimdə olur, o nə puldur...." - Əməkdar artist

3 futbolçu millimizin heyətindən çıxarıldı - ADLAR

Xəbər lenti

Dostunu boğaraq cəsədini pəncərədən atdı

02/06/2023 12:51

Yaşa görə pensiyanın məbləği ARTIRILIR

02/06/2023 12:26

Trump özünü belə müdafiə etdi: “Mən hər şeyi düzgün etmişəm”

02/06/2023 12:05

Suni intellektin QORXUNC TƏRƏFİ – İNSAN ÖLDÜRÜR

02/06/2023 11:48

Ramiz Rzayevin rəis qardaşının yerinə TƏYİNAT

02/06/2023 11:33

Tanınmış aktrisa izləyicilərinə SƏSLƏNDİ : “EHTİYATLI OLUN”

02/06/2023 11:17

“Komedixana”dakı Xəyalənin həyat yoldaşı GÖRÜN KİMDİR – FOTO

02/06/2023 11:07

Qarabağdan ABŞ-a “kəllə atan” separatçılar

02/06/2023 10:57

Rusiya prezidentinə AĞIR İTKİ

02/06/2023 10:47

Kirayə evlər UCUZLAŞIR: Hansı ərazilərdə? – VİDEO

02/06/2023 10:31

Günün ikinci yarısı yağış yağacaq – FAKTİKİ HAVA

02/06/2023 10:19

Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib

02/06/2023 10:06

Etnoqrafik ulduzlar

02/06/2023 10:05

Qadın sürücünün idarə etdiyi avtomobil sürüyə çırpıldı, özü isə… – DƏHŞƏTLİ QƏZA(VİDEO)

02/06/2023 09:57

Nüşabə Musayevanın qızı evlənir – FOTO

02/06/2023 09:40

Xaricdən gətirilən avtomobillərlə bağlı yenilik: Əlavə pul ödəyəcəksiniz

02/06/2023 09:22

Paşinyan 44 günlük müharibə ilə bağlı etiraflar edəcək: “Bilməli olduğunuz vacib şeylər var”

02/06/2023 09:03

Salyanda qandonduran hadisə: QƏBİRLƏRİ QAZIB…

02/06/2023 08:51

Tanınmış futbolçuya 400 milyon avroluq TƏKLİF – FOTO

02/06/2023 08:03

Hansı evlərin kirayə qiyməti ucuzlaşacaq? – VİDEO

02/06/2023 06:48

Bayden yenə yıxıldı – VİDEO

02/06/2023 06:00

Türkiyədə yeni hökumətin tərkibinin açıqlanacağı tarix bəlli oldu

02/06/2023 05:41

Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqların yeni raundu iyunun 12-də başlayacaq

02/06/2023 04:33

Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü keçirilib – FOTO, VİDEO

02/06/2023 04:02

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.