Hazırda “Ego” serialında rol alan Melisa Aslı Pamuk şəxsi həyatı ilə gündəmə gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa basketbolçu sevgilisi Mahir Ağva ilə ayrılıb.
Cütlük sosial şəbəkədə də bir-birini izləmədən çıxarıb. Tərəflər ayrılıq barədə hələlik açıqlama verməyib.
Qeyd edək ki, Melisa Mahirlə bir ay əvvəl münasibətə başlamışdı.