Bahçelievlerdə birlikdə yaşadığı Özbəkistan vətəndaşı Ümidə Tulyaqanovanı (40) daşla öldürərək meyitini parçalara ayıran, sonra soyuducuya qoyan Rıza Beler (61) saxlanılıb.
Medianews.az xəbər verir ki, hadisə dünən Türkiyədə səhər saat 05:30 radələrində Bahçelievler Kocasinan Merkez Məhəlləsində 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə baş verib. Rıza Beler uzun müddət birlikdə yaşadığı Ümidə Tülyaqanovadan 17 min lirə kredit götürdüyünü bildirib. Kredit borcu və əvvəlki borclara görə ikisi arasında mübahisə olub. Mübahisədən sonra Reza Beler Tulyaqanovanı daşla öldürərək meyitini parçalara ayırıb. Beler Ümidənin kəsilmiş tikələrini zibil torbalarına qoyaraq soyuducuda gizlədib.
Cütlüyün evindən mübahisə səslərini eşidən qonşular polisə xəbər verib. Xəbər üzərinə evə gələn polis qrupları, qətlə yetirilən qadının cəsədini soyuducuda tapıb, şübhəli Rıza Beleri nəzarətə götürüb.
Məlum olub ki, o, tutulmamaq üçün meyiti hissələrə ayırıb ara-sıra zibilliyə atmağı planlaşdırıb.
Hadisə ilə əlaqədar başladılan işlər çərçivəsində yeni məlumatlar ortaya çıxdı. Buna əsasən, şübhəli Rıza Beler ilə Tülyaqanova arasında uzun müddətdir ki, fikir ayrılığı olduğu və Belerin qadını bu səbəbdən öldürməyi planlaşdırdığı müəyyən edilib. Məlum olub ki, Tülyaqanovanı daşla öldürməyi planlaşdıran Beler bunun üçün onun evinə daş qoyub. Belerin qadının cəsədini parçalamasının səbəbinin tutulmamaq üçün çantalara qoyduğu parçaları fasilələrlə çölə atması olduğu anlaşılıb. Şübhəlinin cinayətini polis bölməsində etiraf etdiyi öyrənilib.
Medianews.az