Yeni Zellandiya hökuməti sevgilisindən ayrılan və sevgidən əziyyət çəkən gənclər üçün maliyyə ayırıb. Belə ki, ölkənin 3 il davam edəcək kampaniyası bu gün bütün dünyada rezonans doğurub…
Medianews.az xəbər verir ki, Yeni Zellandiya gənclərinin köhnə sevgililəri unudub həyatlarına davam etməli olduğunu düşünür və bunun baş verməsi üçün milyonlarla dollar xərcləməyi planlaşdırır.
Ölkədə başladılan ‘Daha yaxşısını sev’ kampaniyası çərçivəsində sevgilisindən ayrılan gənclərin yaşadıqları prosesi sovuşdurmaq üçün təxminən 4 milyon dollar (6,4 milyon Yeni Zelandiya dolları) büdcə ayrılacaq.
Sosial İnkişaf Nazirinin müavini Priyanca Radhakrishnan, Yeni Zellandiya gəncləri arasında aparılan sorğunun məlumatlarını izah edərək 1200-dən çox gəncimiz sevgi və ayrılıq təcrübələrinin öhdəsindən gəlmək üçün dəstəyə ehtiyacı olduğunu söyləyib.
Radhakrishnanın istinad etdiyi sorğuya görə, Yeni Zellandiyada yaşayan gənclərin 68 faizi ayrılıq ağrısından başqa pis təcrübələr yaşadıqlarını iddia edir.
Üç il davam etməsi planlaşdırılan proqram Yeni Zellandiyanın aparıcı gənclər təşkilatlarından biri olan “Youthline” tərəfindən həyata keçiriləcək.
“Daha yaxşı sev” kampaniyası çərçivəsində münasibətləri sağlam şəkildə bitən gənclər üçün xüsusi mətnlər, videolar və podkastlar hazırlanacaq.
Hazırlanmış xüsusi məzmun Instagram və TikTok kimi məşhur sosial media platformalarında paylaşılacaq. Sevgilisindən ayrılan və sevgidən əziyyət çəkən gənclər də bu kampaniya vasitəsilə öz təcrübələrini başqa insanlarla bölüşə biləcəklər.
Gənclər layihə çərçivəsində yaradılacaq qaynar xəttə telefon, e-poçt və SMS vasitəsilə müraciət edib dəstək istəyə biləcəklər.