Cümə axşamı, 8 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Uşaqların yazda xəstələnmə səbəbi nədir?

XƏYALƏ
23/03/2023 14:35
44
BAXIŞ
FacebookTwitterTelegram

Demək olar ki, bütün analar infeksiyanı mütləq havanın soyuqluğu, üşütmə və mikrobla əlaqələndirirlər. Nəsə qaydasında getməyəndə və ya hər hansı bir problemi insanlar təbiətlə əlaqələndirilər. Bu, bizi sanki məsuliyyətdən azad edir. Bəs əsl səbəb nədir?

Türkiyəli allerqoloq Yonca Tabakın bu barədə fikirlərini təqdim edir.

Xəstəliklər daha çox qışda olur, yoxsa yazda?

Həkim bildirir ki, həqiqətən də qış ayları virusların asanlıqla yayıldığı dövrdür. Məktəb kimi qapalı mühitlərdə viruslar yayıldığından uşaqlar daha tez xəstələnirlər: “Uşaqların çoxu bunun öhdəsindən asanlıqla gəlir, digərləri isə yox. Ən vacib məqam isə qış aylarında uşaqların xəstə olmasına alışmağımızdır. Bəs havalar isinəndə? Yaz-yay aylarında uşaqlar tətilə getdiyi, hava isti olduğu halda yüksək hərarət, qızdırma, öskürək, boğaz ağrıları müşahidə edilir. Bu yerdə vacib bir məqama toxunmaq lazımdır. Hər xəstəlik virus qaynaqlı deyil və soyuqlama başqa uşaqdan mikroba yoluxma nəticəsində yaranmır. Üstəlik, havanın isti olduğu vaxtlarda badamcıq iltihabı çox zaman virus deyil, bakteriya dediyimiz, antibiotiksiz keçmə ehtimalı aşağı mikrobun fəaliyyət qazanması nəticəsində meydana çıxır. Bu bakteriya çox vaxt bizim öz vücudumuzda onsuz da olan, səssiz-sədasız gözləyən bir bakteriyadır”.

İnsanın ağız və boğaz yolunda milyonlarla bakteriya yaşayır. Bunların bəziləri xəstəlik yaratma potensialına malik bakterialardır, bir çoxu isə “sağlam flora bakteriyaları” dediyimiz xəstəlik yaratmayan, tam əksinə, xəstəliklərin qarşısını alan mikroblardır: “Bu dost bakteriyalarla xəstəlik yaradanlar arasındakı tarazlıq qorunduğu müddətdə problem ortaya çıxmır. Lakin hər hansı formada dost bakteriyalar zərər görür və xəstəlik yaradanlar fəaliyyətə keçir. Bax, bu zaman problemlər yaranır. Xaricdən mikrob qəbul etmədən belə, öz mikrobumuzla xəstələnirik”.

Sağlam bakteriyalar həssasdırlar, qorunmaq istəyirlər

Uşaqlarda ağız və boğazdakı sağlam flora tarazlığını pozan ən əhəmiyyətli faktor reflüksdür. Reflüks mədə turşuluğunun hər hansı formada ağız-boğaz yoluna qayıtmasıdır. Həkim bildirir ki, mədədəki bu turşu xəstəlik yaradanlarla müqayisədə çox həssas və kövrək olan sağlam dost bakteriyalara çox sürətlə zərər verir: “Sağlam bakteriyalar öldükdə və sayı azaldıqca aranı nəzarətsiz görən xəstəlik yaradan mikroblar fürsəti əldən vermirlər və boğaz iltihabı özünü göstərir. Reflükslə bağlı boğaz iltihabı yaz-qış tanımır. 40 dərəcə istidə belə, ola bilər. Üstəlik, uşaqlarda reflüksü inkişaf etdirən ən əhəmiyyətli faktor pis qidalanmaqdır. Ona görə də uşaqlara qarşı daha diqqətli olmaq lazımdır. Kafein ehtiva edən kakaolu qidalar, şokoladlı şirniyyatlar, qəhvə, qazlı, buzlu içkilər, dondurmalar, hamburger, pizza, kartof qızartması, ketçup, mayonez və bunlara bənzər bir çox qidalar gizli reflüks yaradan ünsürlərdir”.

Buna görə də allerqoloq yaz-yay aylarında uşaqların sadə formada qidalanmasını məsləhət görür. O, süfrələrdə sobada bişən, az yağlı, az souslu qidaların, təzə meyvə-tərəvəzin bol olmasını məsləhət görür: “Uşağınızın qazlı və soyuq içkilər yerinə sadə su içməsini təmin edin. Dondurmanın paketdə və şokoladlı olanını deyil, sadə və meyvəli olanına üstünlük verin. Bütün günü yemək yaxşı hal deyil. Yemək saatlarına sadiq qalın. Uşağınızın yatmazdan əvvəlki 2-3 saatda yeməsinə icazə verməyin. Yemək sonrası dərhal hovuz və ya dəniz kimi fiziki fəaliyyət tələb edən yerlərdən çəkindirin. Yeməkdən sonra ən az 1 saat uşağınızın sakit bir zaman keçirməsini təmin edin”.

Sağlam ailənin sağlam övladı olur

Ailənin sağlam olması uşaqların sağlam olması deməkdir. Unutmaq olmaz ki, uşaq deyiləni deyil, gördüyünü edir. Uşağınızın sağlam qidalanmasını istəyirsinizsə, özünüzdən başlayın. Bir çox qərb ölkəsində yeniyetmələrin 30 faizi ən az həftədə 1 dəfə reflüks şikayəti ilə həkimə müraciət edir. Bu isə o deməkdir ki, son illər bu xəstəliyin sayı artıb. Ona görə özünüz və uşağınız üçün yaz-yay aylarını ancaq yemək-içmək zamanı deyil, sağlam həyat tərzi üçün fürsətə çevirin.

DAHA ÇOX OXU

export

Millət vəkilindən “velosipedlər nömrələnsin” paylaşımı ilə bağlı AÇIQLAMA

08/06/2023 18:50
export

Gəncədə bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki…

08/06/2023 18:44
export

Naxçıvanda qadın sürücü ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

08/06/2023 18:24
Dünya

Ata azyaşlı uşağını magistral yolda unutdu – VİDEO

08/06/2023 18:21
1-MANŞET

Nazirlikdən 1-ci sinfə qəbulla bağlı iddialara cavab

08/06/2023 18:21
export

Avtomobilin arxa şüşəsinə yazı yazan sürücü ilə bağlı tədbir görülüb – FOTO

08/06/2023 18:15
SON XƏBƏR

"Şəki Qala" restoranında qiymətlər hər kəsi təəccübləndirdi - FOTO

"İran Azərbaycanla hərbi qarşıdurmaya getməyəcək" - Politoloq

“Uşaqlarımı cənnətə göndərmişəm” deyən şübhəli 2 uşağını da anasının evinə apararaq boğdu

Xəbər lenti

Millət vəkilindən “velosipedlər nömrələnsin” paylaşımı ilə bağlı AÇIQLAMA

08/06/2023 18:50

Gəncədə bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki…

08/06/2023 18:44

Naxçıvanda qadın sürücü ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

08/06/2023 18:24

Ata azyaşlı uşağını magistral yolda unutdu – VİDEO

08/06/2023 18:21

Nazirlikdən 1-ci sinfə qəbulla bağlı iddialara cavab

08/06/2023 18:21

Avtomobilin arxa şüşəsinə yazı yazan sürücü ilə bağlı tədbir görülüb – FOTO

08/06/2023 18:15

“Səni axtarıram”a gələn Elşən: “Oğlan deyiləm, qızam, namusum tapdalanmasın deyə …” – VİDEO

08/06/2023 18:11

“Qadın toruna düşən Fərid”, çılpaq FOTOLAR, masaj xidməti… – ŞOK açıqlama

08/06/2023 18:06

10 yaşlı qızını porno filmə çəkib satan ana tutuldu

08/06/2023 18:06

“Ukrayna ötən sutka 945 hərbçi itirib”

08/06/2023 17:50

“Qarabağ”dan ŞOK TRANFER MƏBLƏĞİ istədilər

08/06/2023 17:33

Polis bu şəxslə bağlı əhaliyə müraciət etdi — Görün nə edirmiş

08/06/2023 17:25

Bakı sakinlərini gözləyən gizli TƏHLÜKƏ – Hər an aşa bilər (VİDEO)

08/06/2023 17:19

İlham Əliyev FƏRMAN imzaladı

08/06/2023 16:28

Hündürmərtəbəli binadan yıxılan qız sağ qaldı

08/06/2023 16:24

Taksi sürücülərinin NƏZƏRİNƏ: Yeni qaydalar gəlir

08/06/2023 16:22

İrana müalicəyə gedənlər casusluğa cəlb edilə bilər – Ehtiyatlı olun!

08/06/2023 15:52

“Marşal Jukov Qurandan müharibə mətnlərinin tərcüməsini əmr etmişdi”- İlham Rəhimovla MÜSAHİBƏ

08/06/2023 15:52

Qeyri-sabit hava şəraitinin ölkəyə vurduğu ziyanla bağlı MÜHÜM AÇIQLAMA

08/06/2023 15:46

“Maaş verdiyim oğlana istədiyimi edirəm” – Qadının davranışı gündəm oldu / FOTOLAR

08/06/2023 15:46

“Yavaş-yavaş məqam yetişir, Xankəndi və ətraf ərazilərdə…” – Deputatdan anons

08/06/2023 15:45

“Qarabağ”da daha bir ayrılıq

08/06/2023 15:41

Talıbovların 94 milyonluq bankını kim alıb? – DOSYE

08/06/2023 15:32

Məhşur rəssam Pablo Picassonun sevgilisi 101 yaşında vəfat etdi

08/06/2023 15:31

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.